Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2016

AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR

Doğrudan da, əbədi axirəti beş günlük dünyaya satmaq ağılsızlıq olardı.
Dünyanı tanıdıqdan, onun müvəqqətiliyini bildikdən sonra əbədi axirəti bu ötəri dünyaya satmaq olarmı?! Araşdırma aparan hər bir insan bu müamilənin zərər olması qənaətinə gələsidir. Doğrudan da, əbədi axirəti beş günlük dünyaya satmaq ağılsızlıq olardı.
Maraqlıdır ki, insanın görüb eşitməsi ilə onun qəlbi arasında nə kimi əlaqə vardır? Həzrət Əli (ə) keçmişdəkilərin başlarına gələnləri eşidib görməyi tövsiyyə edirsə, demək, bu iş qəlb üçün çox təsirlidir. Etiraf etməliyik ki, bu bağlılığı olduğu kimi dərk etməkdə acizik.
Həzrət Əli (ə) keçmişdəkilərin aqibətini öyrənməyimizi tapşırır. Olsun ki, bu tövsiyyənin nəticəsində dünyanın ötəriliyini, ölümün labüdlüyünü dərk etməliyik. Beləcə, insan bütün diqqətini yola yox, məqsədə yönəltməlidir. Ona görə də keçid yerini yox, mənzili abad etmək tapşırılır. İnsan bu dünyada müsafir kimidir. Dünya keçid, axirət isə mənzildir. “Axirətini dünyaya satma”. Qəlbin abadlaşdırılması göstərişini alan adama sanki yol göstərilir ki, bu iş göz və qulaq vasitəsi ilə yerinə yetirilməlidir. Çünki qəlbə təsir göstərən gözün gördüyü və qulağın eşitdiyidir. Göz faydalı səhnələr görsə, qulaq faydalı sözlər eşitsə, qəlb də abad olar. İbrətamiz səhnələrin müşahidəsi, ibrətamiz sözlər dinləmək qəlbi islah edir.


1038 بازدید
در حال ارسال اطلاعات...