Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2016

MƏLƏKUT ALƏMİNƏ PƏRVAZ VASİTƏSİ

Günahı tanımaq, günahkarı da günah vasitəsilə tanımaq lazımdır
GÜNAH GÜNAHDIR

Günahı kim edir etsin günahdır. Demək olmaz ki, bu şəxs həmin işi görür deyə eybi yoxdur. Yaxud yəqin eybi yoxdur. Xeyir! Günahı tanımaq, günahkarı da günah vasitəsilə tanımaq lazımdır. Kim günah iş gördüsə günahkardır. Filan şəxs bu işi görürsə, demək eybi yoxdur ki, görür, eybi olsaydı görməzdi təsəvvürü yanlış təsəvvürdür. Əlbəttə, doğruya yozmağın eybi yoxdur. Əksinə, bu çox yaxşıdır. Bütün möminlərin işlərini insan yaxşıya yozmalıdır. Nə qədər ki, mümkündür fəsada, günaha yozmaq olmaz. Amma kimsə bir aydın, aşkar günah iş görürsə onun kim olmasının fərqi yoxdur. Əksinə, fərqli insanlar günah edirlərsə, günahlarının cəzası, pisliyi daha da çox olacaqdır.