Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

ÇOX YATMAĞIN VƏ ÇOX DANIŞMAĞIN PİS TƏSİRLƏRİ

İnsan çox yeməklə və yatmaqla vaxt itirir, çox danışmaqla enerji itkisinə məruz qalır
Əxlaq alimləri çox yatmaqla çox danışmağı insanın təkamül yolunda ciddi maneələr hesab edirlər. Məsələn, çox yemək kimi digər manelər də vardır. Bu sadalananlar ləzzətli olduğu üçün insanın diqqətini cəlb edir. Əslində isə zəruri ehtiyacdan artıq yatmaq, danışmaq, yeməyin, hətta dünya həyatı üçün də heç bir faydası yoxdur. Bu işlər insanın qiymətli vaxtını əlindən alıb onun dünyəvi işlərinə ciddi zərbə vurur. İnsan çox yeməklə və yatmaqla vaxt itirir, çox danışmaqla enerji itkisinə məruz qalır. Vəzifəsinin tərkib hissəsi danışmaqdan ibarət olan müəllimlərin, natiqlərin fiziki cəhətdən zəifliyi deyilənlərə sübutdur. Bu insanlar danışıb qurtardıqdan sonra möhkəm yorğunluq hiss edirlər. Sözsüz ki, çox danışmaq məzəmmət olunarkən insanlara elm öyrədib doğru yolu təbliğ edənlər nəzərdə tutulmur. Söhbət boş yerə çox danışmaqdan gedir. Vacib olmayan yerdə danışmaq bəzən insanı cəhənnəmə də apara bilər. İnsan üçün böyük günah hesab olunan qeybət, böhtan söz gəzdirmə çox danışmağın nəticəsidir. Çox danışmağa adət etmiş insan üçün bu iş ləzzət verir.
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur ki, gecələr az yat, gündüzlər az danış. Həzrət sözünün davamında həzrət Süleymanın anasının ona dediklərini xatırladır: «Çox yatmaq səni kasıb edər». Əgər yatmaqda məqsəd yorğunluğu aradan qaldırıb yeni qüvvə əldə etmək deyilsə, belə yuxu faydasızdır. Ömür o qədər də uzun deyil ki, insan onu faydasız yuxularla puça çıxarsın. Ömürün qədrini bilən çox yatarmı?
Çox danışmağa vərdiş edən insanlar özünə nəzarət etməkdə çətinlik çəkir. Belə adamlar üçün susmaq zindanda oturmaq kimidir.
İmam Sadiq (ə) buyurur: «Bədən üzvləri arasında göz və dil qədər naşükrü yoxdur». Hər bir üzv insanın ona göstərdiyi xidmət müqabilində xidmət göstərir. Amma göz və dil belə deyil. Çox vaxt yuxuda olan göz, boş yerə enerji sərf edən dilin faydası nədir?! Amma nurunu təhsilə sərf edən gözün, ibadətə məşğul olan dilin xidmətini inkar etmək olmaz.


2160 بازدید