Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

NAMAZ – YÜKSƏLİŞ VASİTƏSİ

Merac yüksəlişi odur ki, siz namazdan sonra öz batininizdə daha çox saflıq, lətafət, nuranilik hiss edirsiniz.
Əlbəttə, ramazan ayından başqa fürsətlər də var. Misal üçün, həmin beş vaxt qılınan namaz bizim üçün fürsətdir. Biz ondan istifadə edərək yüksələ bilərik, özümüzü islah edə bilərik. Mənəvi paslardan, çürüntülərdən, qəflətlərdən və xəstəliklərdən qurtula bilərik. Namaz çox yaxşı fürsətdir. Əgər siz yoxlamamısınızsa, – yəqin ki, yoxlayıbsınız və sizin daimi əməliniz belədir – yoxlayın, təcrübədən keçirin. Əgər namaz qılarkən özünüzə və etdiyiniz əmələ diqqət yetirsəniz, şübhəsiz, sizin namazınızdan sonrakı əhvalınız namazınızdan qabaqkı əhvalınızla fərqli olacaq. Şərti budur ki, qılarkən nə iş gördüyünüzə diqqət edəsiniz. Yaxşısı budur ki, namazın zikrlərini başa düşəsiniz. Bu çox asan işdir.
Deməməliyik ki, biz ərəb ibarələrini başa düşə bilmirik. Namazda oxunan ibarələrin məcmusunu əvvəldən sonadək orta istedadlı bir adamın öyrənməsi bir saat vaxt aparar. Çox asandır. Çoxlu kitablarda da tərcümə olunmuşdur. Əgər mənalarına diqqət yetirsəniz, başa düşsəniz, məzmunu haqqında düşünsəniz, çox yaxşıdır. Əgər bu qədəri də mümkün olmasa, ən azı səcdədə olduğunuz müddətdə, bilin ki, Allahla danışırsınız. Rüku halında olduqda bilin ki, aləmin Rəbbinə təzim edirsiniz. Qiraət və zikr halında olduqda bilin ki, kiminlə danışırsınız. Bu diqqət özü çox mühümdür.
Əgər bu diqqət həyata keçsə, namazda Allahı yad etmək təmin olunsa, bu namaz möminin meracı olacaq. Merac yüksəlişi odur ki, siz namazdan sonra öz batininizdə daha çox saflıq, lətafət, nuranilik hiss edirsiniz. Digər ibadətlər də belədir. Bütün ibadət növləri bizim üçün fürsətdir. Lakin ramazan ayı il ərzində müstəsna bir fürsətdir.

Ayətullah Seyid Əli Xamenei


1390 بازدید
در حال ارسال اطلاعات...