Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2016

Nə üçün şiələr Məsumların ziyarətgahını öpür və onlardan xeyir-bərəkət istəyirlər?

İslam Peyğəmbəri (s.ə.v.v) äəbəni təvaf edərkən həmişə əlini Həcərül-əsvədə sürtər və onu öpərdi.
Nə üçün şiələr İmamların və Peyğəmbərin məqbərəsini ziyarət edərkən onun qapı-divarlarını öpür və onlardan xeyir-bərəkət istəyirlər?

Övliyaullahın (Allah dostlarının) əsərlərindən xeyir-bərəkət istəmək heç də müsəlmanlar arasında müasir dövrdə yaranmış yeni bir məsələ deyildir. Bu məsələnin köklərini İslam Peyğəmbəri (s.ə.v.v) və onun səhabələrinin, eləcə də ondan əvvəl yaşamış peyğəmbərlərin tarixində axtarmaq lazımdır. Allah dostlarının əsərlərindən xeyir-bərəkət istəməyin tamamilə düzgün və şəri bir iş olduğunu sübut edən dəlilləri nəzərinizə çatdırırıq.
Qurani-kərimdə oxuyuruq: Həzrət Yusif özünü qardaşlarına tanıtdırdıqdan və onları bağışladıqdan sonra buyurdu: “Bu köynəyimi aparıb atamın üzünə sürtün, o yenidən görməyə başlayacaq.” (“Yusif” surəsi, ayə:93)
Daha sonra buyurur: “Muştuluq gətirən şəxs gəlib göynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı.” (“Yusif” surəsi, ayə:96)
Həzrəti Yəqubun öz oğlu Yusifin köynəyindən bərəkət istəməsi və bu işin onun gözlərinin açılmasına səbəb olması yuxarıdakı müddəamıza canlı və aydın bir şahiddir. Bir kəs iddia edib deyə bilərmi ki, bu iki peyğəmbərin rəftarı tövhidlə düzgün gəlmir?
Şübhəsiz, İslam Peyğəmbəri (s.ə.v.v) äəbəni təvaf edərkən həmişə əlini Həcərül-əsvədə sürtər və onu öpərdi.
“Səhihi-Buxari” kitabında belə yazılır:
Bir kişi Əbdüllah ibni Ömərdən Həcərül-əsvədə əl sürtüb onu öpməyin düzgün olub-olmaması haqqında soruşdu. Bu sualın cavabında Əbdüllah ibni Ömər dedi: “Peyğəmbərin (s.ə.v.v) Həcərül-əsvədə əl sürtüb onu öpdüyünü müşahidə etdim.” (“Səhihi-Buxari”, 2-ci hissə, kitabul-həcc, babi təqbilil-həcər, səh.-151-152 Misir çapı))
Əgər bir daşı öpmək və ona əl sürtmək Allaha şərik qoşmaq olsaydı, heç vaxt əsl tövhid çağırışçsı olan əzəmətli Peyğəmbər bu işi etməzdi.
Sünnü alimi İbni Həcər belə yazır: Uşaqları Peyğəmbərin (s.ə.v.v) yanına gətirirdilər, o həzrət bərəkət üçün onların haqqında dua edirdi. (“Əl-İsabə”, 1-ci cild, 1-ci səhifə. Misir çapı )
Bu barədə o qədər rəvayət mövcuddur ki, burada onların hamısını qeyd etmək mümkün deyil.
Aydın olur ki, Allah dostlarını əsərlərindən təbərrük istəmək tamamilə düzgün bir işdir. Deməli, şiələrin bu əməlini bəhanə edərək onları Allaha şərik qoşmaqla müttəhim edənlərin özləri şirkin mənasını düzgün anlamayıblar.
Şiələr Allah dostlarının əsərlərini, elə onların özləri kimi məxluq hesab edir və onların hər bir şeydə Allaha möhtac olduqlarına inanırlar. Onlar yalnız İslam dininin qabaqcıllarına ehtiram qoymaq, onlara öz hədsiz məhəbbətlərini bildirmək üçün onların əsərlərindən xeyir-bərəkət istəyirlər. Şiələr Peyğəmbərin (s.ə.v.v) və onun pak Əhli-beytinin qəbirlərini ziyarət edərkən onların zərihlərini yalnız buna görə öpür və ya qapı və divarlarına əl sürtürlər ki, bu işlə Peyğəmbərə və onun pak Əhli-beytinə olan məhəbbətlərini izhar etmiş olsunlar.


4042 بازدید
در حال ارسال اطلاعات...