Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2016

ALLAHIN YEGANƏLİYİNİN İSBATI

Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur.
Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə (determinizm) qanununa əsasən, hər bir məxluq və nəticə öz varlığını xaliqdən, yaradan səbəbdən alır. Əgər onların şərtlərə və istedadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəb fərz olunsa, onların hər bir nəticəsi öz səbəbinə bağlı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz. Beləliklə, onların nəticələri aras