Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

ALLAH-TƏALANIN ZATINI DƏRK ETMƏK MÜMKÜNDÜRMÜ?

Allahın vücudundan savay varlıq aləmindəki bütün şeylər məhduddur.
Sual: Varlıq aləminin yaradıcısının zatı məhduddur, yoxsa qeyri-məhdud? Bundan əlavə, öz vəzifələrimizə münasibətdə ağıl və düşüncəmiz məhduddur, yoxsa yox? Görən məhdud bir vücud qeyri-məhdud vücudun necəliyini dərk edə bilərmi?

Cavab: Uyğun sual və şübhələrin cavabında əziz oxucuların diqqətini bir neçə məsələyə yönəldirik.
Allahşünaslıq və Allahın sifətləri bəhslərində sübut olunmuşdur ki, Allah-təala “nəhayətsizlikdə nəhayətsiz” bir vücuddur. Yəni O bütün baxımlardan sonsuz və qeyri-məhduddur. Həm vücud, həm elm və qüdrət, həm zaman və məkan baxımından məhdud deyil. Allahın olmadığı zaman və məkan mövcud deyildir. Allahın bilmədiyi