Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

DÜNYAYA KÖNÜL VERMƏ!

İnsan yalnız dünya həyatı haqqında fikirləşməməli, dünya ləzzətləri dalınca qaçmamalıdır
Ayə və rəvayətlərdə zöhd, qənaət, izzəti-nəfs, bir sözlə, mənəvi saflıq haqqında nəsihətlər çoxdur. Əxlaq kitablarında bu mövzuda daha ətraflı danışılır. Bu mövzu ilə əlaqədar buyuruqları hərtərəfli işıqlandırıb oxucuya çatdırmaq alimlərin vəzifəsidir.
Əsas məsələlərdən biri budur ki, insan yalnız dünya həyatı haqqında fikirləşməməli, dünya ləzzətləri dalınca qaçmamalıdır. O, bu dünyanın müvəqqəti olmasını anlayıb əbədi axirət səadəti haqqında düşünməlidir. Əslində əbədi ilə məhdudu müqayisə etmək məntiqsizdir. Əgər əbədi olan axirəti müxtəlif ulduz sistemləri və kəhkəşanların yaradılışından sonuna qədər olan bir dövrlə (bu qədər uzun müddət olmasına baxmayaraq) müqayisə etmək düzgün deyils