Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb?

Allah Fatiməni Öz nurunun əzəmətindən xəlq etmişdir
Cabir nəql edir ki, mən Əbu Əbdillahdan (ə) soruşdum: Nə üçün Həzrət Fatimə “Fatimə” adlandırılmışdır? Həzrət buyurdu: Çünki Allah Fatiməni Öz nurunun əzəmətindən xəlq etmişdir. Onun nuru parlayan zaman asimanlar və yer onun vasitəsi ilə nurani olub parlamağa başladı, məlaikələrin gözləri o nuru müşahidə etməkdən qamaşdı və Allah dərgahında səcdəyə düşüb dedilər: Ey Allah, ey bizim mövlamız, bu nə nurdur? Allah onlara belə vəhy etdi: Bu, Mənim nurumdandır. Mən onu asimanlarda müstəqər edib onu Öz əzəmətimdən yaratmışam. Mən bu nuru, peyğəmbərlərimdən birinin sülbündən çıxaracağam və o peyğəmbəri bütün peyğəmbərlərdən fəzilətli edəcəyəm. O nurdan elə imamlar yaradacağam ki, onlar Mənim əmrimi bərqərar etmək üçün qiyam edəcək, camaatı Mənim haqqıma doğru hidayət edəcəklər. Mən onları vəhyim kəsildikdən sonra yer üzündə Öz xəlifələrim seçəcəyəm.


2120 بازدید