Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?

Namaz özümüzə aid dəyər və insaf nişanəsidir
Sual: Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?
Cavab:
Xeyr! Nemətlərin qədrini bilməyimiz Allahın bizim namazımıza ehtiyaclı olmasını göstərmir. Namaz özümüzə aid dəyər və insaf nişanəsidir. Əgər müəllim şagirdə “mənim zəhmətlərimi qiymətləndirin, yaxşı dərs oxuyun” deyirsə, şagird müəllimin ona ehtiyaclı olduğunu düşünməməlidir.
Bu iş şagirdin kamilliyə çatması üçündür.

Sual: Allahın nemətlərinə təşəkkür olaraq nə üçün hökmən namaz qılınmalıdır?
Cavab:
Təşəkkürün zəruriliyini qəbul etdikdən sonra onun forması ilahi göstərişlərə uyğun olmalıdır. Xəstənin həkimə müraciəti zəruri olarsa, dərmandan həkimin göstərişlərinə uyğun istifadə olunmalıdır. Mənalı təşəkkür etməyimiz üçün Allahın istədiyi kimi təşəkkürə çalışmalıyıq. Təyyarəçi dünyanın hər bir yerində uçuş mərkəzi ilə əlaqə saxlamaq istəsə ingilis dilində danışmalıdır. Demək, təşəkkürün hansı formada olmasını Allahdan və Onun övliyalarından öyrənməliyik.

Sual: Dünya nemətlərinə görə təşəkkür düzdür. Bəs çətinlikdə yaşayanlar nə üçün təşəkkür etməlidir?
Cavab:
1. Çətinliklərin bir çoxunu özümüz yaradırıq. Məsələn, sağlamlıq qaydalarına riayət etmirik deyə xəstələnirik. Dərs oxumadığımız üçün inkişafdan qalırıq. Dost seçimində diqqətli olmadığımızdan çətinliyə düşürük və sair.
2. Çətinliklərdə də fayda var. Çünki çətinliklər insanı təlaşa vadar edir və istedadları çiçəkləndirir.
3. Acılı günləri şirin günlərlə, bəlaları nemətlərlə yanaşı yada salmalıyıq.
4. Bəzən çətinliklər və bəlalar ruhun kamilliyinə, zatın təmizlənməsinə və mənəvi inkişafa səbəb olur; fərd Allahdan qeyrilərindən ayrılır və yalnız Onu düşünür.


776 بازدید