Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?

Namaz özümüzə aid dəyər və insaf nişanəsidir
Sual: Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?
Cavab:
Xeyr! Nemətlərin qədrini bilməyimiz Allahın bizim namazımıza ehtiyaclı olmasını göstərmir. Namaz özümüzə aid dəyər və insaf nişanəsidir. Əgər müəllim şagirdə “mənim zəhmətlərimi qiymətləndirin, yaxşı dərs oxuyun” deyirsə, şagird müəllimin ona ehtiyaclı olduğunu düşünməməlidir.
Bu iş şagirdin kamilliyə çatması üçündür.

Sual: Allahın nemətlərinə təşəkkür olaraq nə üçün hökmən namaz qılınmalıdır?
Cavab:
Təşəkkürün zəruriliyini qəbul etdikdən sonra onun forması ilahi göstərişlərə uyğun olmalıdır. Xəstənin həkimə müraciəti zəruri olarsa, dərmandan həkimin göstərişlərinə uyğun istifadə olunmalıdır