Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

İmanın nişanəsi namazdır

Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın
Həzrət Peyğəmbərdən (s) gözəl nəsihətlər

İmanın nişanəsi namazdır. Müsəlman odur ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm edər, nə də ona pis söz deyər. Müsəlmanlar düşmən müqabilində bir əl kimidirlər. Elm öyrənmək hər bir müsəlmana vacibdir.

Müsəlmanın qanı, malı və namusu bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir. Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki, meylini nəfsani istəklərinin ardınca salır, Allahdan isə xam-xəyalla gözəl şeylər arzulayır.

İnsan qardaşları vasitəsi ilə artar və qüdrətlənər. İnsan dostunun dini ilə ölçülər. Hər kəs sevdiyi şeyə yaxındır. İnsanın kərəmi dini ilə, alicənablığı ağlı ilə, nəsəbi (əsl-nəcabəti) əxlaqı ilə müəyyən olunar. Müsəlman şəxsin yaxşı əməl sahibi olmasının əlaməti faydasız işləri tərk etməsidir.

İnsanlar darağın dişləri kimi bərabərdirlər. (Yəni Allahın hökm və göstərişləri müqabilində birdirlər.) İnsanlar qızıl və gümüş mədənləri kimidirlər. (Yəni fərqli əxlaq və ruhiyyə üzrə yaradılmışlar.) Ehtiyacsızlıq camaatın malına tamah salmamaqladır. Allaha iman gətirdikdən sonra əqlin əsası insanları sevməkdir. Hər kəs özünün mühasibidir.

Hər bir gələcək yaxındır. Naməhrəmə baxan hər bir göz zinakardır. Hər şeyin müəyyən bir əndazəsi var, hətta bacarıqsızlığın da. Hər alim elmin aşiqidir. Hər şeyin əsası var, bu dinin də əsası dərrakə və tədbirdir.


1142 بازدید
در حال ارسال اطلاعات...