Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

İmanın nişanəsi namazdır

Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın
Həzrət Peyğəmbərdən (s) gözəl nəsihətlər

İmanın nişanəsi namazdır. Müsəlman odur ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm edər, nə də ona pis söz deyər. Müsəlmanlar düşmən müqabilində bir əl kimidirlər. Elm öyrənmək hər bir müsəlmana vacibdir.

Müsəlmanın qanı, malı və namusu bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir. Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki, meylini nəfsani istəklərinin ardınca salır, Allah