Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

Həzrət Rəsuli-əkrəmdən (s) ibrətli kəlamlar

Yoxsulluq bəladır, yoxsulluqdan da pis bədənin ağrılarıdır, ondan da pisi qəlbin (ruhun) xəstəliyidir.
Bilin ki, dünya evində möminlik və zahidlikdən başqa bir yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun (dünyanın) yemi olanlar, ondan nicat tapmaz.

Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız.

Bilin ki, təqva gözəl yerişli bir atdır, pərhizkarlar ona minib cilovunu əllərinə alıblar və o da onları behiştə tərəf aparır.

Bilin ki, günah ram olmayan tərs ata bənzəyir; günahkarlar onun tərkinə minmişlər. Əgər yüyəni əllərindən çıxarsalar onları cəhənnəmin uçurumuna atar.

Bilin ki, bu gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behi