Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

RAMAZAN AYININ FƏZİLƏTLƏRİ

Əsas məsələ budur ki, insan özünün günah və yanlış əməllərinə mane olsun
GÜNAHDAN UZAQ GƏZƏK

Öz təcrübi həyatımızla bağlı bir məsələni deyirəm ki, inşaallah daha çox canlanma, daha yaxşı irəliləmə olsun. O məsələ budur ki, Allaha yaxınlaşmaq üçün əsas məsələ günahları tərk etməkdir. Müstəhəblər, nafilələr, təvəssüllər, dualar və digər məsələlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah və yanlış əməllərinə mane olsun. Bu, təqva tələb edir. Təqva və pəhrizkarlıq insanın qazanmalı olduğu ən mühüm, ən birinci şeydir. Günaha mane olan da odur.

DUA VƏ DİQQƏTİN MANEƏLƏRİ

Günah icazə vermir ki, insan özünü, hətta ilahi məğfirətin sahilinə çatdırsın, ondan istifadə etsin. Günah qoymur ki, biz dua və diqqət əhval