Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

İmam Əlinin (ə) oğlu Həsəndən (ə) dostluq və yoldaşlıq barəsində suallrı

"Çətinlikdə də asanlıqda da bərabərlik"
Hafiz Əbu Nəim “Hilyə” adlı kitabında deyir: “Əmirəlmöminin (ə) oğlu İmam Həsəndən (ə) dostluq və yoldaşlıq barəsində müəyyən suallar soruşdu, o Həzrət də (ə) belə cavab verdi:

− Doğruçuluq və düzgünlük nədir?
− Pisliyi yaxşılıqla aradan aparmaq.
− Şərəf nədir?
− Qohum-əqrəba ilə xoş davranmaq və bir kəsin boynuna düşən qan bahasına səbr etmək.
− Alicənablıq nədir?
− İffətli olub malı pak və halal saxlamaq.
− Yersiz zirəklik nədir?
− Dəyərsiz şeylərdə hər xırdalığa fikir vermək və qiymətsiz mal-dövlətdə simiclik etmək.
− Alçaqlıq nədir?
−Özünü düşünüb həyat yoldaşını düşünməmək.
− Kərəm nədir?
− Rifah və imkansızlıq zamanı bəxşiş vermək.
− Simiclik nədir?
− Əlində olanı şərəf, infaq etdikləri tələf hesab etmək.
− Qardaşlıq nədir?
− Çətinlikdə də asanlıqda da bərabərlik.
− Xeyir nədir?
− Dostlara əvəz verib düşməni cəzalandırmaqdan daşınmaq.
− Qənimət nədir?
− Pəhrizkarlığa meyl, dünyaya qarşı meylsizlik. Bu ən gözəl və bəyənilmiş qənimətdir.
− Helm nədir?
− Qəzəbi udub özünü saxlamaq.
− Ehtiyacsızlıq nədir?
− Az olsa da Allahın qismətinə razı olmaq. Ehtiyacsızlıq gözütox olmaqdır.
− Fəqirlik nədir?
− Hər şeyə qarşı həris və acgöz olmaq.
− Qüdrət nədir?
− Döyüşdə şücaətli və ürəkli olmaq.
− Zillət nədir?
− Bəlaya tab gətirməmək.
− Cürət nədir?
− Həmsöhbət və tay-tuşlarla həmahəng olmaq.
− Təkəllüf (özünə əziyyət vermək) nədir?
− Lazımsız danışıq.
− Böyüklük və alicənablıq nədir?
− Borcu ödəmək və başqalarının xətalarından keçmək.
− Əql nədir?
−Əqli nümayiş etdirən mətləblərdən (danışıqlardan) uzaq olmaq.
− Nur nədir?
− Yaxşı işlər görüb pis işlərdən çəkinmək.
− Ehtiyat nədir?
− İşi tələsmədən yerinə yetirmək və hakimlərlə xoş keçinmək.
− Axmaqlıq nədir?
− Alçaqların arxasınca getmək və yolunu azmışlarla yoldaşlıq etmək.
− Qəflət nədir?
− Məscidi tərk etmək və fəsad törədən günahlara itaət.
− Məhrumiyyət nədir?
− Sənə üz gətirən bəxti əldən vermək.
− Ağa (möhtərəm) kimdir?
− Mal-dövlətdə ağıldan kəm insanlar kimi olan (yəni, tez malından keçən), söyüş eşidərkən cavab verməyən və öz qohum-əqrəbasının vəziyyəti ilə məşğul olan.


2733 بازدید
در حال ارسال اطلاعات...