Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

RAMAZAN "SƏHİFEYİ-SƏCCADİYYƏ"DƏ

"Həmd-səna o Allaha məxsusdur ki, bu yollardan birini öz ayı olan ramazan ayını etmişdir"
İmam Səccad (ə) bu duada da "Səhifeyi-Səccadiyyə"nin digər dualarında olduğu kimi dua və yalvarış halında, Allahla söhbət halında olmasına baxmayaraq, elə söhbət edir ki, sanki bir əsaslandırma axarı, nəticənin səbəbi izləməsi prosesidir. "Səhifeyi-Səccadiyyə"nin əksər duaları – mən oxuduğum qədərincə – həmin qaydadadır. Hər şey tərtiblə düzülmüşdür. Sanki bir nəfər dinləyici qarşısında əyləşib onunla dəlillər göstərərək, məntiqi şəkildə söhbət edir. "Səhifeyi-Səccadiyyə"dəki aşiqanə iniltilər həmin tərzdədir.
Burada da belədir. İmam (ə) sözügedən duanın əvvəlində buyurur: "Həmd o Allaha məxsusdur ki, bizi həmd-sənaya yönəltmiş və həmd-səna əhli etmişdir. ("Əl-İqbal əl-əmal", səh. 42)
Biz ilahi nemətlərdən qafil deyilik. Ona tərif söyləyir, şükür edirik. O, bizim önümüzdə yollar açmışdır ki, həmd-sənaya çataq. Həmçinin məqsədlər, yollar müəyyən etmiş və bizi bu yollarla getməyə vadar etmişdir. Sonra bu cümləyə çatır: "Həmd-səna o Allaha məxsusdur ki, bu yollardan birini öz ayı olan ramazan ayını etmişdir". ("Əl-İqbal əl-əmal", səh. 42) Həmd o Allaha məxsusdur ki, bizi ona çatdıran, kamilliyə, əzəmət qaynağına bəsirətli olmağa sövq edən yollardan biri olan ramazan ayını bizə vermişdir. İmam (ə) "şəhrəhu" ifadəsini işlədir, yəni öz ayını. Allah öz ayını bu yollardan biri etdi. Çox mənalıdır. Əgər bütün ayların Allaha məxsus olduğunu nəzərə alsaq, çox dərin məna yatır bu sözdə. Bütün vücudun maliki vücudun bir hissəsini müəyyən edirsə, onu xüsusi olaraq özünə aid edirsə, məlum olur ki, bu hissəyə xüsusi diqqəti, lütfü var. Bu hissələrdən biri Allahın ayıdır. Allah ayı. Bu mənsubiyyət özü ramazan ayının fəziləti üçün kifayətdir. "Ramazan ayı oruc ayıdır, təslimçilik ayıdır". ("Səhifeyi-Səccadiyə" səh. 686) Oruc ayıdır. Elə bir aydır ki, onun orucu nəfsi saflaşdırmaq üçün ən işlək vasitələrdən biridir. Çünki onda aclıq çəkmək, həvəslərlə, ehtiraslarla mübarizə yatmışdır. "İslam" ayıdır. Yəni Allah qarşısında təlsim