Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

DÜNYA VƏ AXİRƏT XOŞBƏXTLİYİNİN AÇARI

Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir
Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır. Müxtəlif şəxsi və ictimai çətinliklərdən, problemlərdən inildəyən azğın bəşəriyyət təqvasızlığın, qəflətin, diqqətsizliyin, ehtirasların yaratdığı bataqlıqda boğulmağın acısını çəkir. Geri qalmış cəmiyyətlərin halı bəllidir. Dünyanın inkişaf etmiş cəmiyyətlərinin bəzi cəhətlərdən xoşbəxtliyə malik olmalarına baxmayaraq, - bu da onların bəzi dünya məsələlərində ayıq olmalarından irəli gəlir – bir çox ölümcül problemlərlə üz-üzədir ki, onların yazıçıları, natiqləri və sənətçiləri bu gün min dil ilə bunu bəyan edirlər.

PEYĞƏMBƏRLƏRİN İLK VƏ SON VƏSİYYƏTİ

Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, ilahi peyğəmbərlərin camaata ilk sözü təqvaya çağırış olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də var. Əgər təqva olsa, ilahi hidayət də tam olaraq fərd və cəmiyyətə nəsib olacaq. Bu oruc təqvanın müqəddiməsidir.
Allah-Taala "Hədid" surəsində buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” ("Hədid", 28). Təqva Allah tərəfindən sizin qəlbinizə, həyatınıza, yolunuza bir nur saçmasına səbəb olur. Siz o nurun işığında hərəkət edə, həyat yolunuzu tapa bilərsiniz. Bəşər çaşqınlıqla hərəkət edə bilməz. İnsan, məqsədi tanımadan hərəkət edə bilməz. Bizə mənzil başını, məqsədi göstərə biləcək nur təqvadan pəhrizkarlıqdan irəli gəlir.

Ayətullah Seyid Əli Xamenei


1487 بازدید
در حال ارسال اطلاعات...