Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

DÜNYA VƏ AXİRƏT XOŞBƏXTLİYİNİN AÇARI

Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir
Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır. Müxtəlif şəxsi və ictimai çətinliklərdən, problemlərdən inildəyən azğın bəşəriyyət təqvasızlığın, qəflətin, diqqətsizliyin, ehtirasların yaratdığı bataqlıqda boğulmağın acısını çəkir. Geri qalmış cəmiyyətlərin halı bəllidir. Dünyanın inkişaf etmiş cəmiyyətlərinin bəzi cəhətlərdən xoşbəxtliyə malik olmalarına baxmayaraq, - bu da onların bəzi dünya məsələlərində ayıq olmalarından irəli gəlir – bir çox ölümcül problemlərlə üz-üzədir ki, onların yazıçıları, natiqləri və sənətçiləri bu gün min dil ilə bunu bəyan edirlər.

PEYĞƏMBƏRLƏRİN İLK VƏ SON VƏSİYYƏTİ

Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir. Quranın müxtəlif surələrin