Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2016

Çətin şəraitdə ibadət

"Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar"
Zülmkar hakimiyyət altında edilən ibadətlər daha çox fədakarlıq istədiyi üçün yüksək təsirə və dəyərə malikdir. İbadət və bəndəliyə mane olan xarici mühit və daxili istəklər əl-ələ verərkən onlara qalib gəlmək və Allaha pərəstiş etmək dəyər və kamillikdir. Quran həqiqi möminləri belə mədh edir: “Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar.” (“Maidə” surəsi, ayə 54.) “Onlar Allahın hökmlərini çatdırar, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar.” (“Əhzab” surəsi, ayə 39.)

Bəli, zalım hökumət və günahkar mühitdə özlərini və dinlərini qoruyanlar (məsələn, Fironun arvadı) yüksək məqam sahibləridir.