Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

Əmirəlmöminin həzrət Əlidən (ə) gözəl bir hədis

"Sərvət yalnız simicliklə cəm olunar"
Həzrət İmam Əli (ə) buyurur:

Elə bir dövr gələr ki, hakimiyyət yalnız dava-dalaş və zülmlə əldə olunar. Sərvət yalnız simicliklə cəm olunar. Dostluq yalnız dostun istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar. Hər kim ki, bu dövrə yetişib sərvət toplamağa qüdrəti olduğu halda kasıbçılığa razı olsa, qeyri-şəri yolla izzət sahibi olmaq imkanı olduğu halda bundan imtina etsə və müəyyən şəxslərin məhəbbətini cəlb etməkdənsə onların qəzəbinə üstünlük versə, Allah-mütəal ona əlli siddiqin əcrini (savabını) əta edər. (Siddiq o kəsdir ki, başdan-ayağa düzlük içindədir. Əməli dediklərini təsdiq edər.)