Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT

Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir.
Peyğəmbərin (s) Əbuzərə nəsihəti

«Sənə, Əhli-beytimə məhəbbətli olmağı nəsihət edirəm. Allah-təala onları hər cür nöqsan və pisliklərdən uzaq edib, pak qərar vermişdir».
Əhli-beytin əzəmətini dərk etmək və onların uca məqamlarına çatmaq, həqiqətdə, çətin bir məsələdir. Təsadüfi deyil ki, onlara olan məhəbbətin əhəmiyyətini göstərmək üçün mərhum imam Xomeyni (r) öz siyasi və ictimai vəsiyyətnaməsini bu hədislə başlayır: «Özümdən sonra sizə iki böyük əmanət qoyub gedirəm: biri Allahın kitabı (Quran), digəri Əhli-beytim…».
Bəlkə də, inqilab rəhbərinin bu sözləri dünya millətlərinə qəribə görünə bilər. Lakin rə