Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

Rəsuli-əkrəm (s): Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib

Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib ki, məndən öncə heç bir ümmətə verilməyib:
Rəsuli-əkrəm (s) buyurdu: Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib ki, məndən öncə heç bir ümmətə verilməyib:

1. Birinci gecədə Allah hamıya rəhmət nəzərilə baxar və hər kəsə ki, Allah rəhmət nəzəri ilə baxsa heç vaxt ona əzab verməz.
2. Ağızlarından gələn iy Allah yanında müşkdən də ətirlidir.
3. Mələklər gecə-gündüz onlardan ötrü istiğfar edər.
4. Allah behiştə əmr edər ki, özünü bəzəyib bəndələrimdən ötrü rəhmət diləsin. Çünki, tezliklə onlar dünyanın əzab-əziyyətindən xilas olub behiştə, mənim onları şərəfləndirəcəyim yerə daxil olacaqlar.
5. Ayın axırıncı gecəsi hamını bağışlayar.
Bu zaman bir nəfər soruşdu: “Qədr gecəsi bağışlayar, yoxsa axırıncı gecə? “ Həzrət buyurdu: “Məgər görməmisənmi ki, işçilərin maaşını işin axırında verirlər?”
(Zahirən bunlar o kəslərə aiddir ki, bu ayın orucunu üzürsüz sındırmır və günah etməklə həya pərdələrini yırtmırlar.)


1625 بازدید