Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2016

Əzizi-Misrin sarayı və Stendalın “Qırmızı və qara” dünyası

Ayətullah Xamenei həzrət Yusifdən danışır
Yüsif peyğəmbərin hünəri təkcə bir cinsi ləzzətdən imtina etmək deyil, daha böyükdür. Siz tam kübar bir ailədə, evin xanımının xüsusi diqqət mərkəzində olan və evin kişisinin etimad etdiyi gözəl və ləyaqətli bir cavanı təsəvvür edin. Misir əzizinin evində hər cür insan mövcuddur: nökər, xidmətçi, işçi və sair. Şəxsiyyətli, ağıllı, gözüaçıq, nəcabətli, pak və olduqca gözəl olan bu cavan evin kişi və qadını tərəfindən sevilir. Bu evin bütün üzvləri bu cavana hörmət edir və əmrlərini yerinə yetirirlər.
İndi bu gənc bir imtahanla üz-üzə qalıb. Bu imtahanın təfərrüatını, qadının dəvətini və bu cavanın imtahandan necə uğurla çıxdığını hamınız eşitmisiniz, bilirsiniz.