Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2016

Bekar mələk

Biz, Allahın lütf və rəhmətlərini Yer üzərindəki bəndələri üçün göndəririk.
Bir kişi yuxusunda mələkləri görür. O yaxınlaşıb mələklərin işləri ilə tanış olmaq istəyir. Əvvəl görür ki, mələklərdən böyük bir dəstəsi bərk işlə məşğuldur və Yerdən gəlmiş məktubları açır, sonra onları bir qutunun içərisinə qoyurlar. O mələklərdən soruşdu: - Sizin işiniz nədir? Mələklərdən biri işindən əl saxlamadan və məktubu aça-aça dedi: - Bura, qəbul bölməsidir. Camaatın Allahdan istədiklərini və dualarını təhvil alırıq.
Kişi bir qədər də irəli getdi. Yenə gördü ki, bir dəstə mələk məktubları zərfin içərisinə qoyur və onları məktub daşıyanların vasitəsilə Yerə göndərir. Kişi onlardan soruşdu: - Sizin işiniz nədir? Mələklərdən biri tələsik dedi: - Bura göndəriş bölməsidir. Biz, Allahın lütf və rəhmətlərini Yer üzə