Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

ALLAHA İNAM (TÖVHİD)

“Deyin: Allahdan başqa tanrı yoxdur!”
Heç bir insan, hətta yaranmışların ən şərəflisi olan həzrət Məhəmməd (s) Allahın müqəddəs zatını dərk edə bilməz. İnsanın başa düşə biləcəyi yalnız Allahın adlarıdır. Allahın elə adları vardır ki, bu adları yalnız övliyalar dərk edə bilər.
Ad nişanə, əlamətdir. Bütün yaranmışlar, eləcə də bütün aləm Allahın müqəddəs zatının nişanələridir. Xaricdən səbəb olmadan bir şey digərinə çevrilə bilməz. Məsələn suyun buza dönməsi üçün xaricdən səbəb olmalıdır. Demək, heç nə öz-özünə yaranmır və bir haldan başqa hala keçmir. Bu deyilənlər varlıq aləminin yaranmasında yaradanın varlığına əqli dəlildir.
Əlbəttə ki, bir həqiqətin qəbulunda dəlillərə malik olmaq müsbət haldır. Amma Allaha inam məsələsində dəlil taxta ayaq kimi gücsüzdür. İnsanın vicdanı var və bu vicdan insanı daim Allaha iman gətirməyə cağırır. Təəssüf ki, həqiqətə gedən yolda nəfs istəkləri maneə olaraq qalır. Allah-təala peyğəmbər vasitəsi ilə kitab göndərərək insana əl tutur.
Qurani-kərimin “Əraf” surəsinin 59-cu ayəsində oxuyuruq: “(Nuh öz qövmünə dedi) Ey mənim qövmüm, Allaha ibadət edin, sizin ondan başqa tanrınız yoxdur”. Eyni çağırışla uyğun surənin 73-cü və 85-ci ayələrində qarşılaşırıq.
İslam peyğəmbərinin ilkin şüarı da bu oldu: “Deyin: Allahdan başqa tanrı yoxdur!”


821 بازدید
در حال ارسال اطلاعات...