Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

ALLAHA İNAM (TÖVHİD)

“Deyin: Allahdan başqa tanrı yoxdur!”
Heç bir insan, hətta yaranmışların ən şərəflisi olan həzrət Məhəmməd (s) Allahın müqəddəs zatını dərk edə bilməz. İnsanın başa düşə biləcəyi yalnız Allahın adlarıdır. Allahın elə adları vardır ki, bu adları yalnız övliyalar dərk edə bilər.
Ad nişanə, əlamətdir. Bütün yaranmışlar, eləcə də bütün aləm Allahın müqəddəs zatının nişanələridir. Xaricdən səbəb olmadan bir şey digərinə çevrilə bilməz. Məsələn suyun buza dönməsi üçün xaricdən səbəb olmalıdır. Demək, heç nə öz-özünə yaranmır və bir haldan başqa hala keçmir. Bu deyilənlər varlıq aləminin yaranmasında yaradanın varlığına əqli dəlildir.
Əlbəttə ki, bir həqiqətin qəbulunda dəlillərə malik olmaq müsbət haldır. Amma Allaha inam məsələsində dəlil taxta ayaq kimi gücsüzdür. İnsanın vicdanı v