Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

ALLAHPƏRƏSTLƏRİN DÖVLƏT APARATINA QƏBULU VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ

"Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür"
Həzrət Əli (ə) Malik Əştəri əmin edir ki, sabiq rejimin günahkar məmurları işdən azad olunduqdan sonra saleh və mütəxəssis insanlar onların işini görəsidir. Mövla sözünün ardınca allahpərəstlərin zalımlardan üstünlüyünü belə bəyan edir:

“Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün, sənə məhəbbətləri artıq, biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et, nazir seç.”

ÜSTÜN İNSANLARIN SEÇİMİ
Qeyd olundu ki, sabiq rejimin qalıqlarını uzaqlaşdırıb, allahpərəst qüvvələri işə cəlb etmək İslam hakiminin vəzifələrindəndir. Allahpərəs