Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

Şeytanı insandan məğribdən məşriqə qədər uzaqlaşdıran əməl

Oruc şeytanın üzünü qaraldar
Rəsuli-əkrəm (s) öz səhabələrinə buyurdu: "İstəyirsinizmi, sizə elə bir əməl öyrədim ki, şeytan sizdən məğribdən məşriqə qədər olan məsafə qədər uzaqlaşsın?"
Dedilər: "Bəli, ey Allahın Rəsulu!"
Buyurdu: "Oruc şeytanın üzünü qaraldar, sədəqə belini sındırar, Allah yolunda dostluq və xeyir işdən ötrü həmkarlıq etmək onun kökünü kəsər, tövbə və istiğfar etməyə qəlbinin damarlarını qırar. Hər bir şeyin zəkatı var. Bədənin zəkatı da orucdur".