Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

İmam Əlinin (ə) nəsihət eşitmək istəyənə nəsihəti

Keçici neməti əldə etməkdə zirəkdir; əbədi nemətləri əldə etməkdə tənbəl
Bir nəfər İmam Əlidən (ə) nəsihət eşitmək istədiyini bildirirdi. İmam (ə) buyurdu:
Əməlsiz axirəti diləyənlərdən, boş ümidlər bəsləyib tövbə etməyi istəyənlərdən olma. Bəzi şəxslər vardır ki, dünyada zahid kimi danışar, amma dünyaya rəğbət edənlərin işlərini görər. Dünyanın malından, mülkündən verilsə doymaz, verilməsə qane olmaz. Verilənin şükründən aciz olar, verilməyənin çoxunu istər. Xalqı pisliklərdən çəkindirər, özü pisliklərdən çəkinməz; əmr edər, özü əmrə tabe olmaz. Təmiz adamları sevər, lakin onların əməllərini etməz. Günahkarları sevməz, halbuki, onlardan biridir o.
Günahlarının çoxluğundan ölümdən çəkinər, ürkər; ölümdən özünü ürk