Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2016

Həzrət Rəsuli-Əkrəmdən (s) ürəkoxşayan sözlər

Yeməyinizi azaltmaqla nəfsinizlə cihad edin ki, məlaikələr sizə yaxınlaşsın və şeytan sizdən uzaq olsun
Bütün xeyirlərin başı Allahdan qorxmaqdır. Gəmini təmir edin ki, dərya dərindir, güc-qüvvənizi artırın ki, yol uzaqdır. Həvayi-nəfsinizlə mübarizə edin ki, özünüzə hakim olasınız! Ölüm çatdı və özünüzdən qabaq göndərdiyiniz xeyir əməllərdən başqa heç bir şey fayda verməyəcək. Ölüm çatdı və özünüzdən qabaq göndərdiyiniz yaxşı işlərdən başqa heç nə sizi ehtiyacsız etməyəcək. Hikmət qəlbinizi bürüyənə qədər şəhvətlərə qalib gəlməkdən ötrü nəfsinizlə mübarizə aparın. Yeməyinizi azaltmaqla nəfsinizlə cihad edin ki, məlaikələr sizə yaxınlaşsın və şeytan sizdən uzaq olsun. Gözün quruluğu qəlbin qəsavətindən irəli gəlir.

Dünyaya həris olmaq münafiqlik əlamətlərindəndir. Ailə ilə oturmaq mənim məscidimdə e`tikafdan üstündür. (O yerdə ki, ülfət və xoş ünsiyyətlə onların qəlbini şad etsin və gözəl əxlaq və ədəblə onları tərbiyələndirsin.) Allah pak əxlaqı özü ilə əlaqə üçün vasitə qərar verib və bu (fəzilət) sizin üçün bəsdir ki, sizi Allaha yaxınlaşdıracaq xoş bir xasiyyət əldə edəsiniz. Yaxşı insanlarla oturub-durun ki, yaxşı iş görəndə səni alqışlasınlar, pis iş görəndə isə sənə bundan çəkinmək üçün xəbərdarlıq etsinlər. Bu günah müsəlman kişi üçün bəsdir ki, öz qardaşının abrını aparsın və bu şər də onun üçün bəsdir ki, öz qardaşını təhqir etsin.


1169 بازدید
در حال ارسال اطلاعات...