Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2016

Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələr

Mömin bal arısına bənzəyir; pak qidalar yeyər və pak bəhrələr verər.
Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar, hər kəs onunla müxalifətçilik etsə qərq olar. Mənim əshabım ümmətim üçün duzun yeməyə olan nisbəti kimidir. Yemək də duzsuz düzəlməz. Mənim ümmətim yağışa bənzəyir; başdan ayağa xeyirdir. Məlum deyil əvvəli yaxşıdır yoxsa axırı. Mömin bal arısına bənzəyir; pak qidalar yeyər və pak bəhrələr verər.

Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir). Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanlar qədər. Möminlər dostluq və m