Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2016

Peyğəmbərin (s) dilindən düşməyən dua

Deməli, zəlalət adlı bir mövzu yoxdur. (Yəni, Allah insanı zəlalətə salmır, rəhmətini ondan kəsir.)
“Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar”. (“Fatir” surəsi, ayə 8)

Ayə buyurur ki, Allah bu iki işdən birini edir: Lazım olan vaxt rəhmət qapısını açır, bunun təsirsiz olduğunu gördükdə isə rəhmətini kəsir və vermir. Allah insanı özbaşına buraxsa insan süqut edər. Neçə ki, siz bir körpə uşağı özbaşına buraxsanız, süqut edəcək. Deməli, zəlalət adlı bir mövzu yoxdur. (Yəni, Allah insanı zəlalətə salmır, rəhmətini ondan kəsir.) Allah feyzini kəsir və elə ki, feyzini kəsdi, insan süqut edir.

Peyğəmbər (s) həmişə belə dua edirdi: “İlahi, məni bir göz qırpımı qədər özbaşıma buraxma”.
Həmçinin, Ümmü Sələmədən soruşdular ki, Peyğəmbərin ən çox etdiyi dua hansı idi? Xanım cavabında buyurdu: “Ya Muqəllibəl-qulub, səbbit qəlbi əla dinik”. (Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!”).

İnsan hər an Allahı yadına salmalıdır ki, Allah onu özbaşına buraxmasın. Peyğəmbərin (s) yuxarıda qeyd olunan hər iki duanı daha çox Allahdan istəməsi nəql olunmuşdur.


Həzrət Ayətullah əl-üzma Cavadi Amulinin təfsir dərslərindən, “Fatir” surəsinin təfsirində. 28/10/2013.


2377 بازدید
در حال ارسال اطلاعات...