Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

“BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM”

“Bismillah” Allaha bəndəlik və Ona bağlılıq nişanəsidir.
Bağışlayan və mehriban Allahın adı və köməyi ilə başlayırıq.

Elə bir Allah ki, hər kəsə, hər nəyə mərhəmət edir. Elə bir Allah ki, daim və hər şeyə məhəbbət göstərir. Ondan başqaları ya lütf göstərmirlər, ya da lütfləri daimi və əhatəli olmur.
Bəzən də məqsədləri mehribanlıq deyil. Lakin Allah hətta yaradanda lütf və mehribanlıq əsasında yaradır: “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır...” (“Hud” surəsi, ayə 119.) Əgər bəziləri Allahın rəhmətinə nail olmurlarsa, bu onların özündən asılıdır.
Əgər çayın suyu şara dolmursa, çayın təqsiri yoxdur. Çünki şarın hər tərəfi bağlıdır.
Əgər günəş şüası divardan keçmirsə, bu şüanın yox, divarın təqsiridir.

Allahın rəhməti genişdir. Lakin bəzən insanlar batil fikir və işlərlə rəhmət qapılarını öz üzlərinə bağlayırlar.
Hər işin əvvəlində “Bismillah” Allaha eşq və təvəkkül, Ondan kömək diləmək və Ona bağlılıq rəmzidir.
“Bismillah” Allahın ilhamverici adına sarılmaq, şeytan vəsvəslərindən uzaqlaşmaqdır.
“Bismillah” bütün səmavi kitabların başlanğıcıdır. (“Təfsiri Safi”, 1-ci cild, səh.51.) Peyğəmbərlər bütün işlərə Allahın adı ilə başlamışlar. (Məsələn, həzrət Nuh (ə) gəmini hərəkətə gətirəndə “Bismillah” dedi.) Bu iş insanın Allaha pənah aparıb, Onun tərəfindən qorunmasına səbəb olur. Allaha sığınmış şəxs doğru yola yönəlir: “Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.” (“Ali İmran surəsi, ayə 101.)

“Bismillah” Allaha bəndəlik və Ona bağlılıq nişanəsidir. Yəni: İlahi, Səni unutmamışam, bütün işlərimə Sənin adınla başlayıram, özümü sığortalayıram və Sənin köməyinlə şeytanı qaçırıram.
İmam Sadiq (ə) buyurur: “Bismillah” surələrin tacıdır. (“Təfsiri Qurtəbi”, 1-ci cild, “Bismillah”ın təfsiri.) Bismillah iman və rəhmət nişanəsidir. “Bəraət” surəsinin əvvəlində “Bismillah” kəlməsi yoxdur. Çünki surədə kafirlərdən üz döndərmək əmr olunur və rəhmətə yer qalmır. (“Təfsiri Fəxr Razi” və “Məcməul-bəyan”, 1-ci cild, “Bismillah”ın təfsiri.) Hədisdə buyurulur ki, hər bir işə hətta bir beyt şer yazmağa “Bismillah”la başlayın. Allahı yad etmədən görülən işlər sona çatmır. (“Təfsiri Safi”, 1-ci cild, səh.52.)


996 بازدید
در حال ارسال اطلاعات...