Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Əbədi səadət

“Əsrare-Merac” kitabında çox mühüm, gözəl və heyrətli bir hədis oxuyuaq:
İslam Peyğəmbərinin (s) dövründə, Mədinə şəhərində zahirdə saleh olan, heç kim onun haqqında sui-zən belə etmədiyi bir şəxs yaşayırdı.
Hətta insanlar onunla görüşən zaman ondan dua etməsini istəyirdilər. Lakin o özünün zahiri görünüşünə baxmayaraq gecə vaxtlarında Mədinə camaatının evinə oğurluğa girərdi.
Bir gecə oğurluq üçün evin divarından yuxarı qalxır. O evdə çoxlu mal-dövlətlə yanaşı, cavan bir qadının da olduğunu görür. Evdə qadını gördükdə həddən artıq xoşhal olur. Fikirləşir ki, bu oğurluqdan əlinə çoxlu mal-dövlətlə düşəcək. Bir də evdə tənha olan qadına təcavüz etmək fikrinə düşür.
Gecənin qaranlığında, divarın başında, evdə olan mal-dövlət və qadın haqda düşünürdü ki, bir an fikrə gedir: Nə vaxta kimi oğurluq, nə vaxta kimi abırsızlıq, nəyə görə peyğəmbərlər və övliyaların zəhmətlərini yaddan çıxarım. Bütün bu günahların aqibəti necə olacaq? Məgər mənim üçün ölüm, bərzəx, qiyamət və ilahi məhkəmə olmayacaq. Allah-Taala qarşısında, ədalət məhkəməsində bütün bu zülm və cinayətlərin cavabını necə verə bilərəm?!
Bəli, bu əməllərimi davam etdirməklə ədalətin çəngindən qaçmağa yol qalmayacaq. Haqqın höccəti tamam olduqdan sonra Allahın qəzəbinə tuş gələcəm və alov zindanına düşəcəm. Orada bütün cinayətlərimin cavabını verməli olacam.
Bir az fikirləşdikdən sonra oğurluq və qadına təcavüz etməkdən peşiman olur və əliboş evinə qayıdır.
Sübh vaxtı, həmişə olduğu kimi səliqəli geyimdə məscidə gedir və həzrət Peyğəmbərin (s) hüzurunda oturur.
Elə bu vaxt, gecə evinə oğurluğa girmək istədiyi qadının da həzrət Peyğəmbərin (s) hüzuruna gəldiyini görür. Qadın o həzrətin (s) hüzuruna gəlib ərz edir: Ey Allahın Rəsulu! Ərsiz qadınam və çoxlu mal-dövlətim var. Bir-iki evlilikdən sonra evlənmək fikrim yox idi. Amma dünən gecə evimə oğru girdiyini hiss etdim, lakin oğru heç nə aparmayıb. Bu işdən bərk qorxuya düşmüşəm və bundan sonra tək yaşamağa qorxuram. Əgər məsləhət bilsəniz, mənim üçün həyat yoldaşı seçəsiniz.
Həzrət Peyğəmbər (s) əyləşən kişiyə - gecə qadının evinə oğurluğa gedən kişi – işarə edərək buyurur: Əgər istəyirsənsə əqdini bu kişiyə oxuyum. Qadın kişinin üzünə baxır və razılıq verir.
Həzrət Peyğəmbər (s) qadınla kişinin əqdini oxuyur və sonra onlar birlikdə evə gedirlər. Oğru kişi xoşhallıqla oğurluq dastanını həyat yoldaşına danışır: Əgər həmin gecə mal-dövlətini aparsaydım və sənin pak ləyaqətinə ləkə vursaydım indi sənin yanında olmaq əvəzinə ilahi əzabı özümə rəva biləcəkdim. Lakin pis işin aqibəti haqda fikirləşdim və azğın nəfsimə səbr və əzmlə qələbə çaldım. Nəticədə həmişəlik halal mal-dövlət, saleh həyat yoldaşı və əbədi gözəl aqibət səadəti nəsibim oldu.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com




1065 بازدید
در حال ارسال اطلاعات...