Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Əgər gülüş hər dərdin dərmanıdırsa, nə üçün ağlamalıyıq?

İslamda sevincin qəmdən, qəmin sevincdən xüsusi bir üstünlüyü yoxdur.
Təəssüf ki, çoxları gördüyünü həqiqət kimi qəbul edir. Amma hər hansı dini mərasimə baxmaqla İslam haqqında qərara gəlmək olmaz. Bu gün bir çox müsəlmanlar hətta dini bayramlarda, imamların təvəllüd günündə qəmli şerlər oxuyub ağlayırlar. Bu qəbil adamlar elə düşünürlər ki, dini mərasimin əsas vəzifəsi xalqı ağlatmaqdır. Amma bayram tədbirini əzadarlığa çevirmək yanlış addımdır və heç bir mənbəyə əsaslanmır.

Qəmlənmək və ağlamaq insanın fitri ehtiyacı olsa da, İslam orta dindir və heç bir işdə ifratı bəyənmir. İslamda sevincin qəmdən, qəmin sevincdən xüsusi bir üstünlüyü yoxdur. Sevincin sevinc, qəmin qəm yeri var; insana ali hədəflərə çatmaqda yardımçı olan sevinc və qəm bəyənilmiş, təkamülə mane olan sevinc və qəm pislənilmişdir. Əsassız və cahilanə gülüş pisləndiyi kimi, əsassız göz yaşları da bəyənilmir. Mənasız gülüş İslamda cahillik əlaməti sayılır. (“Biharül-ənvar”, c. 72, s. 59.) Göz yaşları isə xüsusi şəraitdə faydalı sayılır. Həzrət Əli (ə) buyurur: “Allah qorxusundan ağlayış ilahi mərhəmətin açarıdır.” (“Mizanul-hikmə”, c. 1, s. 453.)


742 بازدید