Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

MÖMİNİN ƏN BÖYÜK İSTƏYİ ALLAHIN RAZILIĞIDIR

O, Allahı tanımaqla hər şeydən ehtiyacsız olduğunu bildirir
Merac hədisində oxuyuruq: “Ürəyindən keçəni məndən istə, mən də əta edim. Məndən təmənna et ki, sənə bağışlayım. Bu mənim behiştimdir, onda özünə yer seç. Mənim mərhəmət civarımda sakin ol.”

Sanki başqa bir sınaq başlamışdır. Aşiq bir ömür təlaşdan sonra arzusuna çatmışdır. Allah ondan behiştdə yer seçməsini, Ondan təmənna etməsini istəyir. Görün yəqin əhli olan möminin ruhu hansı məqama çatmışdır ki, belə bir cavab verir: “Pərvərdigara, Sən özünü mənə tanıtdırdın və Səni tanımaqla bütün xilqətdən ehtiyacsız oldum.” Mömin bildirir ki, Allahın əzəmətini dərk etdiyindən, artıq onun behiştdə gözü yoxdur. O, Allahı