Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

NAMAZIN İLK QƏBUL ŞƏRTİ

Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.
İnsan kamillik yolunu keçib həqiqi səadətə çatmaq üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl etmək və kamilliyə çatmaq ayrı-ayrı məsələlərdir. Namaz qılıb oruc tutmaq sadəcə, vəzifəyə əməl etməkdir. Bu əməllərlə əzabdan qutarmaq olar. Amma kamilliyə çatmaq üçün başqa şərtlər vardır. Namaz vasitəsi ilə kamala çatmaq üçün namazda bəzi incəliklərə əməl etmək lazım gəlir.
İmam Sadiq (ə) qüdsi hədislərin bəyanı ilə namazın bəzi qəbul şərtlərini açıqlayır. İlkin şərtə görə namaz zamanı Allahın əzəməti unudulmamalıdır. İnsan Allahın əzəmətini daha çox dərk etdikcə öz kiçikliyini daha çox anlayıb daha çox təvazö göstərir.
Allahın əzəmətinin daha yaxşı dərk olunması üçün həzrət Peyğəmbərdən (s) bir rəvayət nəql edirik: Peyğəmbər (s) zamanında ətir satmaqla məşğul olan Zeynəb adlı bir qadın var idi. O, ən yaxşı ətirlərini həzrət Peyğəmbərə (s) satarmış. Bir gün Zeynəb Həzrətdən (s) xahiş etdi ki, ona Allahın əzəmətindən danışsın. Həzrət buyurdu: «Sən Allahın xilqətinin əzəmətini dərk etmədən Onun əzəmətini dərk edə bilməzsən. Bu yer öz dənizləri, dağları, böyük şəhərləri ilə birlikdə birinci səma üçün səhradakı halqa kimidir. Birinci səma ikinci, ikinci səma üçüncü, nəhayət, yeddinci səma Allahın ərşi üçün geniş bir səhradakı halqa mislindədir».
Hal-hazırda astronomlar bizim planetdən milyardlarla işıq ili uzaqda olan planetlər kəşf ediblər. Yəni günəş sistemi hazırkı əzəməti ilə qalaktikada olduqca kiçik bir sistemdir. Bu barədə dərindən düşündükdə Allahın məxluqunun əzəmətindən elə heyran olursan ki, Allahın öz əzəməti qarşısında bir söz tapıb deyə bilmirsən. Bu əzəmət insanı təvazöyə vadar edir.

İKİNCİ ŞƏRT
Namazın qəbulu üçün insan Allah xatirinə öz nəfsani istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, səni sevdiyim üçün şəhvət və