Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Su səsinin teşnəsi

Mövlana teşnə olmağı və istəyi həqiqətə çatmaq üçün ən böyük amil hesab edir
Böyük arif Mövlananın “Məsnəvi Mənəvi” əsəri başdan-başa irfani şerlərlə doludur. O şerlərdən birinin məzmunu belədir:
Dərin bir çayın qırağında qoz ağacı var idi. Susuzlamış bir kişi qoz ağacına çıxaraq ağacı silkələməyə başlayır. Qozlar suya tökülüdükcə sudan gözəl səs gəlir və üzərində köpük yaranırdı. Susuzlamış kişi sudan qalxan təranədən və köpükləri görməkdən ləzzət alırdı. Ordan ötən bir kişi özünü ağıllı sanaraq ona dedi: - Nə edirsən?
“Suyun səsinə teşnəyəm”- deyə teşnə kişi cavab verdi.
Ağıllı dedi: - Qoz istidir və susuzluq yaradır. Üstəlik, qozlar suya tökülür və sənin əlindən çıxır. Sən ağacdan enincə, onları su aparacaq.
Teşnə dedi: Mənim qoz yığmaq niyyətim yoxdur. Mən suyun səsindən və onun üzərində yaranan gözəl köpükdən ləzzət alıram. Teşnə adamın bu dünyada hacıların Kəbə evinin ətrafına dolandıqları kimi daim su hovuzunun başına fırlanmaqdan başqa nə işi var?

Mövlananın irfani simvolik şerinin şərhi: Su, İlahi aləmin rəmzi; suyun səsi, musiqi səslərinin rəmzidir. Teşnə insan isə o arifin rəmzidir ki, bilgi ağacından dünyaya baxır və maddi əşyada ləzzət görmür. O, hər şeydə Allahın səsini eşidir. Mövlana teşnə olmağı və istəyi həqiqətə çatmaq üçün ən böyük amil hesab edir.


825 بازدید
در حال ارسال اطلاعات...