Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2016

Lənət oxumaq (nifrin etmək) olar, yoxsa yox?

Kimlər lənətlənməli, kimə nifrin oxunmalıdır?
Bir sıra Quran ayələrində lənət oxunması ilə rastlaşırıq: “Zalımlara Allahın lənəti olsun” (“Hud”, 18.); “ Allah kafirlərə lənət etmişdir” (“Əhzab”, 64.); “Onların əhdi pozanlarını lənətlədik” (“Maidə”, 12.); “Şübhəsiz ki, Allah Onu və Onun peyğəmbərini incidənləri dünya və axirətdə lənətləmişdir.” (“Əhzab”, 57.)
İslam Peyğəmbərinin (s) müəyyən şəxslərə lənət oxuması barədə rəvayətlər də vardır. Həzrət (s) sələmçiləri, ananı övladdan ayıranları, qadın paltarı geyən kişiləri lənətləmişdir. (“Mizanul-hikmə”) İslam dinində nifrinin varlığını həm şiələr, həm də sünnilər qəbul edir.
Amma daha mühüm bir sual doğur: Kimlər