Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

İNSAN ÜÇÜN ƏN ALİ LƏZZƏT NƏDİR?

Əgər bir şeyə məhəbbətiniz yoxdursa, ona qovuşmağın da ləzzəti yoxdur.
Ləzzət, insanın öz arzuladığı və sevdiyi şeyə qovuşmaqdan, duyduğu qəlb halətidir. Əgər bir şeyə məhəbbətiniz yoxdursa, ona qovuşmağın da ləzzəti yoxdur. Hətta insan arzuladığı şeyə qovuşduğundan xəbərsiz olarsa, yenə də ləzzət duya bilməz. Demək, ləzzəti duymaq üçün arzulanan şeyə qovuşmaq kifayət deyildir. Ləzzəti duymaq üçün bu şeyə qovuşduğunu dərk etmək də şərtdir. Arzulanan şeyi tanımaq, ona qovuşduğunu anlamaq, ləzzətin duyulmasında əsas amillərdəndir. Ləzzətin dərəcəsi insanın diqqətindən və dərketmə qüvvəsindən asılıdır. Müxtəlif insanların eyni bir şeyi yeməkdən duyduqları ləzzət müxtəlif ola bilər. İnsan bir yeməyə nisbətən digər yeməkdən daha çox ləzzət ala bilər. Burada yeməyin dadı