Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

QƏBUL OLUNMUŞ NAMAZIN TƏSİRLƏRİ

Namazı qəbul olunmuş şəxslərə gözəl səbr əta olunur
Namazın qəbul şərtlərinə əməl edən insanın çöhrəsi məna aləmində günəş tək parlayır. Bəsirət gözlü möminlər bu nuru elə bu dünyadaca görə bilərlər. Aramızda bəsirət gözü açıq olan insanlar var ki, bir baxışla insanın günahkar, yoxsa abid olduğunu hiss edirlər. Çünki ibadətin təsirindən qəlb və ruhun işıqlanması zəruridir. Allah namazı qəbul olunmuş şəxsin həyatını işıqlandırır. «Hədid» surəsinin 28-ci ayəsində buyurulur: «…Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə (Onun yolu ilə) getməyiniz üçün nur bəxş edib sizi bağışlasın».

Təqvalı insanlar maddi zülmətlərə düşdükdə belə Allah onlara hissi bir nur əta edir. Quranı üzündən oxuyan korlar az olmayıblar. Ariflərdən biri nəql edir ki, gecə