Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2016

QƏDR GECƏSİ İTRƏT VƏ VİLAYƏT GECƏSİ

Bu gecənin əvvəlindən sonunadək bütün anları ilahi salamdır
“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” Bir gecə min otuz gündən, min aydan daha mühümdür. Nə üçün bir gecəyə bu qədər fəzilət vermişlər? Çünki Allahın bərəkəti bu ayda çoxdur. Bu ayda mələklərin nazil olması çoxdur. Bu gecə salam gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” Bu gecənin əvvəlindən sonunadək bütün anları ilahi salamdır. “Rəhimli Rəbdən (onlara) “salam” deyiləcəkdir” .
Allahın rəhmət və fəziləti bəndələrinə nazil olur. Qədr gecəsi vilayət gecəsidir. Həm Quranın nazil olduğu gecədir, həm mələklərin İmam Zamana (əc.) nazil olduğu gecədir, həm Quran gecəsi, həm də Əhli-beyt (ə) gecəsidir. Həm Quran gecəsi, həm itrət gecəsidir. Buna görə mübarək "Qədr" surəsi də vilayət surəsidir.
Qədr gecəsinin çox dəyəri var. Bütün ramazan ayı, gecələri və gündüzləri ülvidir. Əlbəttə, Qədr gecəsi ramazan ayının gündüzlərinə və gecələri ilə müqayisədə çox fərqlidir. Amma ramazan ayının gecələri və gündüzləri ilin digər gecə və gündüzlərinə nisbətdə çox fərqlidir.

İLİN ƏN YAXŞI GECƏLƏRİ

Ən yaxşı fürsət ilin bəzi günləridir. Mübarək ramazan ayı da bu qəbildəndir. Ramazan ayı arasında isə Qədr gecəsidir.
Qədr gecəsi bu üç gecənin (ramazan ayının on doqquzuncu, iyirmi birinci və ya iyirmi üçüncü gecəsi) arasındadır. Mərhum Mühəddis Quminin nəql etdiyi bir rəvayətə görə, soruşuldu: "Bu üç gecənin - və ya iki gecənin, yəni iyirmi bir və iyirmi üçüncü gecənin - hansı Qədr gecəsidir?" Cavabında buyurdu: "İnsanın iki gecəni - və ya üç gecəni - Qədr gecəsi hesab etməsi nə qədər asandır". Üç gecənin arasında şübhəli olmasının nə əhəmiyyəti var? Üç gecə nə qədərdir ki? Elə insanlar olmuşdur ki, bütün ramazan ayını əvvəldən axıradək Qədr gecəsi hesab etmişlər və Qədr gecəsinin əməllərini həyata keçirmişlər. (Bu gecələrin) Qədrini bilin.

Ayətullah Seyid Əli Xamenei


1545 بازدید
در حال ارسال اطلاعات...