Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2016

Allah eybləri örtür, sən də eybləri açma

Hər kəs başqasını rüsvay etsə, özü də rüsvay olacaq
Qiyamət günü Rəsuli-əkrəm (s) Allahdan istəyəcək ki, xalqın hesabı çəkildikdə onun ümmətini mələklərin, peyğəmbərlərin və digər ümmətlərin hüzurunda mühasibə etməsin və onların eybləri görünməsin. Elə yolla onları mühasibə etsin ki, Subhan Allahdan və Onun Peyğəmbərindən (s) başqa heç kim onların günahlarından agah olmasın.
Allah onun cavabında buyurar: “Ey mənim həbibim! Mən bəndələrimə səndən daha mehribanam. Sən onların eyblərinin səndən başqasının yanında görünməsini istəmədiyin kimi Mən də rəva görmürəm ki, onların eybləri hətta, sənin də yanında aşkar olsun. Ona görə də Özüm təklikdə onların hesabına yetişəcəyəm. Belə ki, Məndən başqa heç kəs onların səhvlərindən agah olmasın”.
Molla Məhd