Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

ABŞ polisinin görünməyən dəyənəyi

Qətildə ittiham olunan iki nyu-yorklu 22 il həbsdən sonra bəraət alıb. Polisin vətəndaşlara münasibətdə laqeyidliyinin nəticəsi olan bu hadisə DNA analizindən sonra əhalidə şok yaradıb. Antonyo Yarbuk və Şerif Vilson hələ gənc yaşlarında üç qətl hadisəsin görə həbsə alınıb. Onlar ömürlərinin 22 ilini həbsxanada keçirib. Ötən həftə məhbuslarla bağlı sənədlər nəzərdən keçirilərkən məlum olub ki, bu iki şəxs qatil deyil.
Məhkəmə araşdırması zamanı 80, 90-cı illərdə qətl törədənlərin DNA analizləri dövrü yoxlamadan keçirilərkən məlum olub ki, nəzərdə tutulan qətldə qatilin dırnağı altından hadisə yerində qalan nümunə məhbusların DNA göstəricilərinə uyğun deyil. Məhbuslar azadlığa çıxdıqlarına inana bilmirlər. Yarbuk deyir: "Mən hələ azadlığın nə olduğunu dərk edə bilmirəm. İki gün öncə həbsxanadan buraxıldım. Hələ yatmamışam. Həyəcan içindəyəm. Qəribə hisslər yaşayıram." Yarbuk anası, az yaşlı bacısı və qohum uşağı qətlə yetirməkdə təqsirli bilinərək həbsə alınıb. Hadisə baş verən gecə evə qayıdan Yarbuk qan içində üç cəsəd görür. Hadisədən şoka düşmüş gənci həbsə alıblar. O heç vaxt cinayəti etiraf etməyib. Bununla belə polis amazsızlığının qurbanı olub, bütün gəncliyini həbsxanada keçirib. Onu ən ağır cinayət törədən məhbusların həbsxanasında saxlayıblar. Yarbuk deyir: "Bu həbsxana dəhşətli bir kabus, işgəncə idi. Bu kabusdan xilas olduğuma inana bilmirəm. Ömrümün 21,7 ayını bu kabusda yaşadım. Amma bu zaman çox ağır ötdü. Özünü günahsız sayan insan üçün bu həbsxanada qalmaq daha ağırdır."
Ekspert Kent Tomson gənclərin cinayət işini növbəti dəfə nəzərdən keçirərkən DNA nümunələrinin uyğun gəlmədiyinə şahi olur və bu işlə bağlı yeni araşdırmalar tələb edir. Beləcə 1992-ci ildə qətldə təqsirli bilinib həbsə alınan gənc azad edilib. Yarbukun vəkili deyir: "Əgər cinayət işini diqqətlə araşdırsaq görərik ki, Yarbukun bu qətli törətməsinə heç bir əsas olmayıb. Onun qətldə ittiham olunması ABŞ polisi və məhkəməsinin insanların taleyinə münasibətini göstərir. Mən hələ DNA analizi olmayan zaman Yarbukun günahsız olduğuna əmin idim. Amma yalnız elm və təsadüf köməyimizə gəldi."
Yarbuka qarşı ittiham bu idi ki, tutulan və dindirilən zaman qorxu içində olub. Polis onun qorxusunu ittiham üçün əsas götürüb. Sonradan Yarbukun dostu Vilson həbsə alınıb və işgəncə qorxusundan qətli boynuna götürüb. Beləcə iki dost günahsız ikən 22 il həbsxanada qalıb.
Hadisə baş verən zaman Yarbukun 18 yaşı vardı. Dostu Vilsonun isə 16-ı olmamışdı. Yarbuk deyir ki, gecə dostu ilə gəzintidən qayıdarkən evdəki səhnəni görəndə ağlını itirib. Yarbuk özü polis çağırıb. Polisdə məni hədələdilər, döydülər, etiraf almaq istədilər. Amma mən etiraf etmədim.
Vilson hadisə ilə bağlı deyir: "Mən çox qorxmuşdum. İstintaq zamanı elə bir mühit yaratmışdılar ki, əsil kabus yaşayırdım. İstənilən bir qiymətə dindirmə prosesinin başa çatmasını istəyirdim. Qətli üzərimə götürdüm ki, bu kabus bitsin." Polisdə Vilsona deyiblər ki, onu əbədi həbs gözləyir və qətli üzərinə götürsə cəzası yüngülləşər. Vilson deyir ki, başqa çıxış yolu görmədim və qətli üzərimə götürməklə cəzamın yüngülləşəcəyinə inandım.
Maraqlı nöqtələrdən biri budur ki, Yarbuk və Vilson ayrı-ayrılıqda məhkum olunublar. Yarbuk 75 il həbsə məhkum olunub. Vilsonun cəzası nisbətən yüngül olub. Əbədi həbsə məhkum olunsa da, 9 ildən sonra əfv üçün müraciət hüququ qazanıb. Vilson deyir ki, həbsdə olduğumuz zaman Yarbukun xalasından məktub aldım, o bizdən həqiqəti soruşurdu. Vilson bu qadına cavabında yazır: "Mən qətli üzərimizə götürməkdə səhvə yol verdim. Amma buna məcbur etdilər. Biz günahsızıq."
Vilson deyir ki, qətldə təqsirli olmadığı halda etiraf etməsi onda psixoloji sarsıntı yaradıb. Azad olunduqdan sonra da Vilson özünə gələ bilməyib. Yarbukun xalası növbəti dəfə vəkilə müraciət edir və işin araşdırılmasını istəyir. Onun müraciətindən 5 il sonra qətllər ümumi şəkildə araşdırılarkən bu müraciətə də baxılır. Məhkəmə 80-90-cı illərdə baş vermiş qətlləri ümumi şəkildə nəzərdən keçirib. Yalnız ötən il haqqında danışılan cinayət işi ilə bağlı DNA analizlərində təzadlar üzə çıxıb. Əsl qatil 1999-cu ildə oxşar qətllərə görə həbsə alınıb. Həmin dövrdə günahsız gənclər də həbsxanada olub.
Yarbuk deyir: "Azadlıq xəbərini eşidəndə sevindim, şoka düşdüm. Düzü əvvəl inanmadım. İnanmırdım ki, artıq ayaq yoluna getmək üçün icazə almaq lazım gəlməyəcək, açıq havaya çıxmaq üçün gözləməyə ehtiyac qalmayacaq. Doğrudanmı yuxudan oyananda bu divarları görməyəcəkdim?!
Həbsdən azad olunduqdan sonra Vilsonun Yarbukla görüşü üzüntülü olub. Vilson yalan şahidliyə görə dostundan üzr istəyib. Yarbuk hələ də baş verən hadisəyə görə narahatdır. O Vilsondan narazı deyil. Vilsonun işgəncələr altında ifadə verdiyinə inanır. Yarbuk deyir ki, mənə qarşı da eyni rəftar baş verdi. Amma Vilsonun yaşı az olduğundan onu etirafa vadar etmək asan olub. Yarbuk Vilsonu yox, polisi müqəssir sayır. O deyir ki, polis həqiqi qatili tapmaq əvəzinə öz işini asanlaşdırır, işgəncələr altında günahsız insanlardan etiraf alır.
Yarbuk deyir: "Artıq hər şey Allahın ixtiyarındadır. Həqiqi qatil tapılıb, bizim günahsız olduğumuz sübuta yetib. Keçmişi unutmaq, gələcək barədə düşünmək istəyirəm." Göz yaşları içində danışan Yarbuk gözəl başa düşür ki, artıq gənclik əldən çıxıb.

Nur-az.com/CNN


1389 بازدید