Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Onun kitabını oxuyursunuz, amma əməl etmirsiniz

Bir nəfər həzrət əmirəlmöminin İmam Əlinin (ə) hüzuruna gəlir və duasının qəbul olmaması haqda şikayət edib deyir: Doğrudur Allah-Taala buyurub dua edin, Mən də qəbul edim. Hansı səbəb görə mən dua edirəm, amma qəbul olunmur?
İmam Əli (ə) cavabında buyurur: “Qəlbiniz və fikriniz 8 şeyə xəyanət edib, ona görə də duanız qəbul olmur.

1.Siz Allahı tanıyırsınız, amma Onun haqqını yerinə yetirməmisiniz. Elə bu səbəb görə də Allahı tanıdığınız halda sizə bir xeyri olmayıb.

2.Siz Onun göndərdiyinə iman gətirmisiniz, amma sonradan onun sünnəsi ilə müxalifətçilik etmisiz. Bəs imanınızın səmərəsi necə oldu?

3.Onun Kitabını oxuyursunuz, amma ona əməl etmirsiniz. Deyirsiz ki, eşitdik, itaət etdik, amma sonda müxalifətçiliyə qalxdınız.

4.Siz deyirsiniz ki, Allahın cəza və mühakiməsindən qorxuruq, amma bir işlər görürsünüz ki, sizi onlara yaxınlaşdırır.

5.Deyirsiniz ki, ilahi padaşları sevirsiniz, amma elə işlər görürsünüz ki, sizi onlardan uzaqlaşdırır.

6.Allahın nemətlərini yeyirsiniz, amma Ona şükr etmirsiniz.

7.Sizə göstəriş verilib ki, şeytanla düşmənçilik edin və sizin də şeytanla düşmənçilik iddianız var, lakin əməldə onunla müxalifətçilik etmirsiniz.

8.Siz qeyrilərinin eyiblərini diqqətdə saxlayırsınız, amma öz eyiblərinizi gizlədirsiniz.
Bu vəziyyətdə necə intizarınız var ki, dualarınız qəbul olsun? Halbu ki onların qapılarını bağlamısınız. Təqvalı olun, əməllərinizi islah edin, əmr be məruf, nəhy əz münkər edin (yaxşılığa dəvət, pislikdən uzaqlaşdırmaq) ki, dualarınız qəbul olsun.” (Nəhcül-bəlağə, hikmət 337).





Böyük alim, arif Məhəmməd ibn Əli Termezi irfan və təriqət elminə çox əhəmiyyət verirmiş. Ona görə də onu “Həkime övliya” adlandırırmışlar.
Cavanlıqda dostlarından ikisi ilə elm arxasıyca getmək qərarına gəlirlər. Öz şəhərlərindən hicrət etməkdən başqa çarələri qalmır. Birdə elə yerə getməliydilər ki, orada elm bazarı daha güclü olsun.
Məhəmməd evə gəlir və qərarını anasına xəbər verir. Anası narahat olub deyir: “Ey ananın ürəyi, mən zəif və kimsəsizəm, yalnız sənə söykənmişəm. Əgər getsən mən güzəranımı necə keçirərəm. Məni kimə tapşırırsan? Necə rəva bilirsən ki, anan tək və çarəsiz qala, sənsə gedib alim olasan?”
Anasının sözlərindən sonra Məhəmmədin ürəyi ağrıyır və səfərə getməkdən imtina edir. Dostları isə elm öyrənmək üçün şəhərdən gedirlər.
Bir müddət keçməsinə baxmayaraq, Məhəmməd hələ də həsrət və ah içində idi.
Bir gün şəhərin qəbristanlığında oturub ağlayıb deyirdi: “Mən burda bekar və cahil qaldım, dostlarım isə elm dalıyca getdilər. Onlar qayıdanda alim, mən isə hələ də cahil qalmışam.”
Elə bu vaxt nurani bir qoca kişi ona yaxınlaşıb deyir: “Ey oğlan, niyə ağlayırsan?”
Məhəmməd başına gələn əhvalatı ona danışır.
Qoca kişi deyir: “İstəyirsən hər gün sənə dərs verim, tezliklə dostlarından elmli olasan?”
Məhəmməd deyir: “Bəli, istəyirəm.”
Beləliklə qoca kişi hər gün Məhəmmədə dərs verməyə başlayır və bu hadisədən üç il keçir. Sonradan məlum olur ki, nurani qoca kişi həzrət Xızır (ə) peyğəmbər imiş. Bu nemətlər, İmam Rizanın (ə) sayəsində və anasının duası hesabına onun nəsibi olur.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



997 بازدید