Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Uşağın tərbiyəsi üçün

İctimai həyatda tərbiyə ən zəruri məsuliyyətlərdəndir. Təbii ki, insanları tərbiyə işinə maraqlandırmaq da zəruridir. Bundan əlavə təbriyənin öz üsulları var və bui işdə İslam təlimləri aparıcı xətdir.

Tərbiyə uşaq yaşlarından başlayır. Körpə ağ vərəqə bənzədilir. Yaş keçdikcə insanın təbriyəsi çətinləşir. Buna görə də İslam uşaq yaşdan insanın tərbiyəsini zəruri sayır.

Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı öpün. Çünki hər öpüş sizin üçün behiştdə məqam və mərtəbədir." Həzrət Peyğəmbər (s) səhabələri ilə yoldan ötərkən nəvəsi İmam Hüseynlə (ə) rastlaşır. İmam Hüseyn (ə) bir uşaqla oynayırdı. Peyğəmbər səhabələrdən aralanıb Hüseynə yaxınlaşdı. Hüseyn qaçmağa başladı. Peyğəmbər Hüseyni saxlayıb bir əli ilə çənəsi, bir əli ilə başından tutdu və öpdü.

Uşağın tərbiyəsi üçün üsullar göstərilir:

1.Uşağın yaxşı əməl və əxlaqını tərifləyin, özünü yox. Uşaq başa düşməlidir ki, onun özü yox, yaxşı işi dəyərlidir. Ümumiyyətlə insanın dəyəri onun xeyir işindədir.

2.Tərifdə həddi aşmayın, çünki uşaq lovğalanıb xüdbin ola bilər.

3.Uşağın ilk təqlidlərini yaxşılığa yozun. Onu doğru yola sövq edin.

4.Uşağı xeyir işlərə həvəsləndirin. Uşaq öz zəhmətinin bəhrəsini görəndə sevinir. Uşaq valideynin mehr-məhəbbətinə həvəslidir.

5.Uşağın yaxşı işlərini dəyərləndirməklə onda özünə qarşı etimad yaradın. Belə dəyərləndirmə səbəb olur ki, uşaq qərar çıxaranda qətiyyətli olsun.

6.Uşağın dəyərləndirilməsində əsas prinsip onu məsuliyyətə sövq etməkdir. Uşaq məsuliyyətli olmalı, addım atanda nəticəsini düşünməlidir. Çalışın ki, uşaq bir işdə uğur qazananda sevinsin və bu işə həvəsi artsın.

7.Bir uşaqdan məntiqli söz eşitdikdə onu təsdiqləməklə düşüncəyə həvəsləndirin.

8.Uşağın həvəsləndirilməsi onun ləyaqəti həddində olmalıdır. Əgər tərif uşağı qürrələndirirsə tərifdə hədd gözlənilməlidir.

9.Uşağın ruhiyyəsində müsbət nöqtələri tapın və həmin nöqtələrdən dolayı uşağa həvəs verin.

10.Uşağınıza fəzilət sahiblərinin adını qoyun, bunun onun tərbiyəsinə təsiri var.

11.Sizin hər xoş sözünüz uşağı müsbət addımlara rəğbətləndirir.

12.Uşaqlarınızın doğru yola yönəldilməsi üçün təşviq üsullarında faydalanın.

13.Uşaq yeni rəftarlar öyrəndiyi zaman onu ardıcıl mükafatlandırmaq lazımdır.

14.Uşaq tərifin onun xeyir işi həddində olduğunu hiss etməlidir, buna çalışın.

15.Çalışın ki, uşaq yaxşı iş müqabilində mükafatı rüşvət kimi qəbul etməsin. Belə olsa yalnız mükafatlananda müsbət addım atar.

16.Valideyn öz təşviqinə uşağın xeyir işə doğru enerjisinə əlavə kimi baxmalıdır.

17.Uşağı danlamaq əvəzinə, onun müsbət işlərini dəyərləndirin.

18.Uşaqla yumşaq davranın, o yaxşı işi başa çatdırdıqdan sonra mükafat verin. O mükafata öz işinin davamı kimi baxmalıdır.

19.Diqqətli olun ki, sizin tərif və təşviqiniz onda özünü islaha həvəs yaratsın.

20.Uşağın irəliyə doğru hər addımını dəyərləndirin.

21.Uşağın rəftarındakı müsbət nöqtələrin qeydə alınması xüsusi diqqət tələb edir. Bu nöqtələr üzərində çalışın.

22.Uşağın müsbət rəftarlarını oyuncaq, pul və ya şirni ilə yox, təbii yolla, məsələn nəvazişlə dəyərləndirin.

23.Uşağın tərbiyəsində təşviq tənbehdən təsirlidir.

24.Saleh övladlarınıza üstünlük verin.

25.Uşaq bilməlidir ki, hansı əməlinə görə təşviq edilir.

26.Uşağı cəmiyyət arasında mükafatlandırmağa çalışın, bunun təsiri böyükdür.

27.İnsanın öz şəxsiyyətinə qiymət verməsi üçün onun rəftarlarının təşviqi təsirlidir.

28.Yadda saxlayın ki, sizin hər xoş sözünüz uşağı xeyir işə sövq edən təkan olur.

29.Göstərişlərinizə təşviq donu geyindirin.

30.Uşağın müsbət rəftarlarının artması üçün hər kiçik addıma diqqətli olun, nəyisə nəzərdən qaçırmayın.

31.Uşağı elə tərbiyə edin ki, çətinlikdən qorxmasın, həmişə qısa yola üstünlük verməsin.

32.Uşaqda axtarış, analiz məharətlərini gücləndirin.

33.Uşaq bir yeməyi sevirsə ona bu yeməyi hazırlamaq şəraiti yaradın.

34.Uşaq görəndə ki, onun müsbət addımı diqqəti çəkmir bu addımı ikinci plana keçirir.

35.Müsbət rəftarlı uşağa təşviq daha çox təsir edir, imkan həddində tənbehdən çəkinin.

36.Uşağı təşviq edəndə ona anladın ki, gördüyü iş onun vəzifəsidir və bu vəzifəni yerinə yetirəndə onun gələcək üçün faydaları olacaq.

37.Yeniyetmə və gəncə başa salın ki, onların Allah nəzərində məqamı yüksəkdir. Bu halda övladlar özlərini Allahın hüzurunda hiss edir.

38.Sizin sevginiz övladlarınıza böyük köməkdir. Onların qəlbini sevgi və məhəbbətlə ələ alın.

39. Yadda saxlayın ki, təşviq və xoş rəftar insanda özünə inam yaradır.

40.Uşaqların əqli baxımdan səviyyələri fərqlidir. Təşviq zamanı bu səviyyə nəzərə alınmalıdır.

41.Uşağa öz istedadlarını tanıtdırın.

42.Övladınızın maraqları ilə tanış olun. Müsbət maraqlar üzərində işləyin.

43.Uşağı doğruçu olmağa təşviq edin, çalışın ki, səhvə yol verəndə bunu etiraf etsin.

44.Uşağın təşviq və ya tənbehi aydın olmalıdır, uşaq nəyə görə təşviq olunduğunu bilməlidir.

45.Uşağı qənaətçiliyə öyrədin. Uşaq qənaətçi tərbiyə olunsa bu onda dünyaya hərisliyin qarşısını alar.

46.Uşaqda elə bir adət yaradın ki, bir əməlin mükafatlandırılmamasını həmin əməlin pis olması kimi qəbul etsin.

47.Təşviq üsullarını öyrənin, qaydasınca təşviq səmərəlidir.

48.Uşaqlarda namaza həvəs oyadın, başqa uşaqların namaz qılmasını onun başına qaxınc etməyin.

49.Uşaq namaz qılanda bunu yüksək dəyərləndirin, uşaq namazın böyük əhəmiyyət daşıdığını hiss etsin.

Cəfər Şeyxülislami
Nur-az.com


1936 بازدید