Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

İncəsənətlə dizayn arasında fərq varmı?

Dizayn incəsənətdən necə fərləndirilməlidir? Olduqca dolaşıq və aktual sualdır. Rəssam da, dizayner də ümumi baza bilikləri əsasında vizual kompozisiya hazırlayır. Amma onların məqsədi fərlidir.
Bəzi dizaynerlər özlərini rəssam hesab edir. Amma özünü dizyner sayan rəssam azdır.
İncəsənətlə dizayn arasındakı fərqi üzə çıxarmaq üçün hər iki sahənin əsas prinsiplərini nəzərdən keçirmək lazım gəlir.
Yaxşı incəsənət (sənət) əsəri insanı ilhamlandırır. Yaxşı dizayn isə motivləşdirir, həzz verir, oyadır, sövq edir.
İncəsənətin dizayndan əsas fərqi məqsəddir. Sənət əsərinin yaranışı sıfrdan (ağ kətan, ağ vərəq) başlayır. Sənət əsəri sənətkarın təsəvvürünün məhsuludur. Sənətkar əsər yaradır ki, öz hisslərini cəmiyyətlə bölüşsün. Rəssamla auditoriya arasında ən emosional rabitə yarada bilən əsər uğurlu əsər sayılır.
Dizaynerin işi yaratmaq yox, kombinasiya, müəyyən məqsədlə quraşdırmadır. Dizaynerin məqsədi motivləşdirmədir, məsələn alıcıda malı almağa maraq yaratmaqdır. Yaxşı sənət əsəri interpetisiya (individual traktovka) olunur. Yaxşı dizayn isə aydındır, başa düşülür.
Rəssam öz baxışını, emosiyasını ifadə edir. Amma bu baxış və emosiya birmənalı deyil. İnsanlar sənət əsərini fərli anlayır. Çünki interpretisiyalar, qavramalar fərlidir.
Nə üçün Da Vinçinin «Mona Liza»sı gülümsəyir? Alimlər düşünür ki, bu illüziyadır və periferik baxışdan yaranır. Romantiklər Mona Lizanın sevdiyini deyir. Skeptiklər təbəssümə səbəb olmadığını düşünür. Amma bu fikirlər yanlışdır.
Dizayn isə birmənalıdır, onda tapmaca yoxdur. Əgər dizayn hansısa formada şərh edilirsə, dizayner müvəffəq olmayıb. Dizaynın fundamental məqsədi istifadəçini həvəsləndirməkdir.
Yaxşı dizayn fərqli qavranılmır, istifadəçiy dizaynerin dəqiq ideyasını ötürür.
Yaxşı sənət əsəri zövq göstəricisidir. Yaxşı dizayn mövqedir.
1999-cu ildə Treysi Eminin (Tracey Emin) «Mənim çarpayım» (My Bed) rəsmi “Turner Prize” mükafatına seçildi. Bu əsər yeni entizuastlara böyük sənət əsəri, ənənəvi sənətkarlara