Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

Gözlərin gücləndirilməsi

Allah-Taalanın insana verdiyi ən böyük nemətlərdən biri onun gözləridir. İnsan yalnız gözünün nurunu itirdikdə onun qədrini bilir, dünya işığına həsrət qalanda bu neməti lazımınca dəyərləndirir.
Bu gün insanların yaşadığı fiziki problemlər arasında ən mühümlərindən biri göz zəifliyi, göz xəstlikləridir. Təbii ki, gözlərin müalicəsi üçün mütəxəssi həkimə müraciət etmək zəruridir. Amma adi halda fiziki sağlamlıq üçün idman etdiyimiz kimi, gözlərimiz üçün də müəyyən proqram nəzərdə tutmalıyıq.
Kompyuter, televiziya qarşısında əyləşən insan adətən gözünü qırpmır. Bu isə göz əzələlərinin işdən düşməsinə səbəb olur. Göz əzələlərini qüvvətləndirmək üçün əsas məşqlərdən biri göz qırpmaqdır. Monitor qarşısında oturan şəxsin dövrü şəkildə gözünü ekrandan çəkib göz qırpması zəruridir.
Son on-on beş ildə bir çoxları göz zəifliyini aradan qaldırmaq üçün eynək və ya linzadan istifadə edirlər. Bunun əsas səbəblərindən biri evdə və işdə kompyuterdən çox istifadədir. Bəzən də uzun-uzadı seriallar gözdə zəiflik yaradır.
Qardian yazır ki, mütəxəssislərin fikrincə, yaxın keçmişdə əksər insanlar eynək və ya linzadan istifadə edəcək. Zaman ötdükcə, yaş artıqca gözü zəifləməsi təbii bir məsələdir. Amma unutmayaq ki, eynək və ya linzadan istifadə edən insanın görmə qabiliyyəti vaxt keçdikcə zəifləyir. Əksər eynək taxan insanlar görmə qabiliyyətinin zəiflədiyini deyir.
Təbii ki, bəziləri göz xəstəliyi səbəbində eynək taxır. Amma görmə qabiliyyətinin islahı üçün eynək taxanlar bu işi daha sadə yolla görə bilər. Göz tənbəlliyini aradan qaldırmaq üçün əzələləri inkişaf etdirmək kifayət edir.
Tövsiyələrimizin heç bir zərəri yoxdur və bir neçə həftə bu göstərişlərə əməl edilsə görmə qabiliyyətinizdə müsbətə doğru dəyişikliklər hiss edərsiniz.
Birinci tövsiyəmiz dövrü şəkildə göz qırpmaqdır. Ekrana dikilmiş gözlər yorulduqda gözü ekrandan çəkib qırpmaqla bu yorğunluğu aradan qaldırmaq olar. Bir neçə dəqiqə ardıcıl və dörd saniyədə bir dəfə gözünüzü qırpın.
Sonra iki dəqiqə fasilə verin. Əvvəlki səhnəyə növbəti dəfə baxanda fərq hiss edəcəksiniz. Bir neçə dəfə göz qırpmaqla gözlərin görmə qabiliyyəti güclənir.
Başqa bir tədbir gözlərin masajıdır. Gözləri masajı onun təziqini azaldır, yorğunluğunu aradan qaldırır. Bu işi görmək üçün əvvəlcə gözlərinizi yumun. Sonra ovucunuzla gözünüzü örtün və aram masaja başlayın. Gözünüzü əlinizlə sıxmayın. İki dəqiqə bu vəziyyətdə qalın. Bu masajda əlinizin istiliyi böyük rol oynayır və gözün təziqini aşağı salır. Əlinizi gözünüzə qoyanda göz almacığını sıxmayın, kobud masaj etməyin.
Maraqlı məşqlərdən biri 8 rəqəminə baxmaqdır. 7 metr uzaqlıqda böyük 8 rəqəmi yerləşdirirsiniz. Gözünüzü 8 rəqəminin xətti boyu hərəkət etdirirsiniz. Sanki gözünüzlə 8 yazırsınız.
Gözü gücləndirmək üçün başqa bir üsul yaxına və uzağa baxmaqdır. Hazırda şəhərdə yaşayan insanlar adətən uzağa baxmırlar. Bu isə gözü tənbəlləşdirir. Göz işlədikcə baxmaq görmə qabiliyyətini artırır. Əlinizi gözünüzdən bir qarış məsafədə tutun və əvvəlcə əlinizə, sonra uzaqdakı bir nöqtəyə baxın. Hər dəfə dərindnə nəfəs alın. Baxış məsafəsini belə dəyişmək göz əzələlərini gücləndirir.
Gözü zilləmək də məşq növlərindən biridir. Rahat əyləşin və yaxındakı bir nöqtəyə gözünüzü zilləyin. Sonra gözünüzü aşağı dikin. Diqqət etsəniz gözlərinizdə bir yüngülləşmə hiss edəcəksiniz. Bu hərəkəti bir neçə dəfə təkrarlayır.

Nur-az.com


1817 بازدید
در حال ارسال اطلاعات...