Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Rusiya Qərbdən qorxmadı?

Qərb şokdadır: doğrudanmı Putin Ukraynaya hücum edib? Alman diplomatları, Avropa birliyi rəsmiləri, ABŞ başçıları başını itirib. Necə oldu ki, Rusiya Qərblə trilyonlarla dollarlıq müqavilələri qumara qoydu?
"Uçuran imperiya" kitabının müəllifi Ben Cudi politika informasiya agentliyində gedən analizində yazır: Qərb rəhbərləri başını itirib ki, necə oldu Rusiya soyuq müharibə başa çatandan sonra Avropanı saymadı? Rusiyanın əqidəsi budur ki, Qərb artıq münasib şərik deyil. Rusiya Qərbin yalnız pul barədə düşündüyünü başa düşüb.
Putinin yaxın çevrəsi Qərbin mahiyyətini başa düşüb. Rusiya başçıları uzun illərdir Avropada pul xərcləyir. Onlar Londonun qərbindən Fransayadək böyük qəsrlər, villalar alıb. Onların övladları Britaniya məktəblərində oxuyur, pullarını İsveçrə bankında, Britaniyada yatırıblar.
Putinin yaxınları artıq Avropa qurumlarından çəkinmir. Onlar Qərb təşkilatlarını Mİ-6 Britaniya kəşfiyyat idarəsinin əlaltısı sayırlar. Ruslar başa düşüblər ki, Qərb şirkətləri nə üçün qəfildən siyasətini dəyişib. Ruslar bu təşkilatlara inanmır, onları iki üzlü, riyakar sayır. Hansı ki elə bu şirkətlər və təşkilatlar onlara öz sərvətlərini yerləşdirməkdə kömək edib.
Rusiya oliqarxları Avropa səfirliklərinin rus şirkətlərinə qarşı bəyanatlarına qarşı biganə qalmayıb. İndi isə çirkin işlərdə şərik olmuş Qərbdən qorxmağa lüzum qalmayıb.
Biz böyük yox, çox böyük məbləğ barədə danışırıq. Rusiyanın mərkəzi bankı belə bir proqnoz verir ki, 2012-ci ildə Rusiyadan çıxarılan 56 milyard dolların üçdə ikisi qeyri-qanuni fəaliyyətlərə aiddir. Bu həmin pullardır ki, Britaniya bankçıları bu pulları Londona doğru qırmızı xalça salmaq üçün istifadə edib.
Rusiya Qərblə yanaşı Amerikanın zəif nöqtələrini bilir. Kreml inanmır ki, Almaniya istisna olmaqla Qərb ölkələri Amerikanın hökmü altında deyil. Rusiya qərb ölkələrini Ağ Evin təzyiqi altında olan müştərilər sayır.
Moskva əmindir ki, Avropa Birliyi daxilində Moskva ilə ticarətdən dolayı İspaniya, İtaliya, Yunanıstan, Portuqaliya və başqa qərb dövlətləri arasında çəkişmə gedir. ABŞ tədricən Avropaya nəzarəti itirir.
Amerikanın zəif nöqtələri hansılardır? Bir zaman Kreml neft və banklar üzərində sanksiyalardan qorxurdu. Artıq belə bir qorxu yoxdur. Rusiya Amerikanın böhran yaşadığını görür. Rusiyanın ortadakı müqavilələri qumara qoyması Amerikanı şoka saldı. Amerika hazırda Çin və Fələstindən danışmağa üstünlük verir. Amerika Əfqanıstan, Suriya, İrana qarşı Rusiyanın himayəsinə ehtiyaclıdır. Ağ Ev beynəlxalq siyasətinin Rusiyasız həyata keçirə bilmir. Bütün bunları nəzərə alan Moskva çox rahat görünür. Avropa onun nəzarətinə verilmiş rus pulları barədə araşdırma aparıb bu pulları dondura biləcəyi halda səs-küy salmaqla məşğuldur. Bir zaman rus oliqarxlarına viza qadağası qoyan Qərb və ABŞ heç bir real addım ata bilmir.
Putin çox arxayın görünür. O əmindir ki, Qərb və Amerika öz sabitliyini Rusiyasız qoruya bilməyəcək. Rusiya 2008-ci ildə Tiflisə doğru qoşun yeridəndə Avropa və ABŞ-ın müəmmalı sükutunun səbəbi indi görünür. Kreml Qərbin planlarından xəbərdardır. Əgər 1980-cı illərə qayıtsaq, görərik ki, Sovetlər Birliyi özü də inanmadığı Marksizmdən danışır. Bu gün Qərb eyni vəziyyətdədir. Onlar hörmət göstərmədikləri insan hüquqlarını şüar edib. Demək, Qərblə ABŞ-ı yalnız pul düşündürür və Rusiya bu zəif nöqtədən məharətlə istifadə edir.

Nur-az.com


1190 بازدید
در حال ارسال اطلاعات...